14 Fev
2020
12:16
528

14
Fev
12:16



Kənd təsərrüfatı məhsullarının milli standartları yaradılacaq

Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə elmi tədqiqat institutları rəhbərlərinin Azərbaycan Standartlaşdırma İnstitutu ilə işgüzar görüşü keçirilib. Görüşdə Əkinçilik, Tərəvəzçilik, Baytarlıq, Heyvandarlıq, Üzümçülük və Şərabçılıq, Bitki Mühafizə və Texniki Bitkilər İnstitutlarının direktorları iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyindən Xeberoxu.az-a verilən məlumata görə, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov və Standartlaşdırma İnstitutunun direktoru Namiq Tağıyev bildirib ki, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, məhsulların təhlükəsizliyinin, keyfiyyətinin, rəqabətqabiliyyətinin və ixrac potensialının artırılmasına nail olmaq üçün milli standartların müəyyən olunması vacib addımlardan biridir. Bu standartlar ölkədə istehsal edilən məhsul və xidmətlərin sərbəst hərəkəti üçün şərait yaradılmasını, beynəlxalq ticarətdə lüzumsuz texniki maneələrin aradan qaldırılmasını, daxili və xarici bazarda rəqabətə davamlılığın artırılmasını, regional və beynəlxalq standartlaşdırmaya münasibətdə milli iqtisadiyyatın maraqlarının əks etdirilməsini təmin edir.

Qarşılıqlı müzakirədə vurğulanıb ki, kənd təsərrüfatı məhsulları üzrə milli standartların yaradılması Strateji Yol Xəritələrində mühüm vəzifə kimi qarşıya qoyulub. Əkinçilik Elmi-Tədqiqat İnstitunun direktoru Faiq Xudayev taxıl məhsullarının, Baytarlıq Elmi-Tədqiqat İnstitunun direktoru Siyalə Rüstəmova dərman pereparatlarının, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitunun direktoru Vüqar Səlimov şərab məhsullarının, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun direktoru Elmar Allahverdiyev isə tərəvəz məhsullarının standartlarının yaradılması ilə bağlı fikirlərini bildiriblər.

Müzakirənin sonunda milli standartların hazırlanması ilə bağlı Texniki Komitənin təsis olunması, eləcə də institutlar üzrə alt komitələrin yaradılması qərara alınıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda sevgililər özlərini dənizə atdılar - Qız öldü - TƏFƏRRÜAT







Bakıda eve oğurluqa girən qadını iş başında tutuldu -Video (18+)







Sürücü diqqətsizliyi qəzanı qaçılmaz etdi - VİDEO







Bakıda gecə saatlarında qəzaya uğrayan avtomobil yandı (VİDEO)


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.