Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



25 May
2019
22:43
3501



Kərimi döyən şəxs DANIŞDI - Təhqir etdi
Kərim Abbasova iradımı bildirdim ki, belə maşın sürməzlər. Bu da əllə işarə elədi ki, “əcəb eləyirəm, sür”. Bir az mübahisə etdikdən sonra yenidən hərəkətə başlayanda sağıma keçib, yanında qadın ola-ola söyüş söyməyə başladı. Mən “qadınlasan, get” desəm də məni təqib etməyə başladı.

Xeberoxu.az xəbər verir ki, bu sözləri Lent.az-a müsahibəsində müğənni ilə əlbəyaxa olan Elvin Ramazanov deyib. E.Ramazanov bildirib ki, Kərim Abbasov ona iki dəfə hücum çəkib:“Yaxınlaşdı pəncərədən dedi ki, çək sağda saxla. Mən saxladım, cumdu üstümə təhdid dolu təhqirlər yağdırdı, mənə təpik atdı. Yəqin ki, bütün görüntülər təhlükəsiz şəhər kameralarına qeyd olunub. Yaxınlıqdakı adamlar bizi ayırandan sonra hərəkətə başladıq. Yenidən sağ tərəfdən maşını mənim maşınımın üstünə sürdü. Əllə təhqiramiz işarə göstərdi. Qarşıma keçib qəfil əyləci basdı. İşıqforun qırmızı işığına düşdük. Kərim orta zolaqda, yolun hərəkət hissəsində saxlayıb düşdü yerə. Gördüm ki, əlində telefon söyüş-söyə mənim maşınıma tərəf gəlir. Mən də maşından düşdüm ki, əlindən telefonunu alım. Düşəndə mənə ağır söyüşlər söydü. Fikir versəniz görərsiniz ki, onun paylaşdığı video səssizdir. O, özü təhqir edərək, əlində telefon mənə hücum çəkirdi”.

Qeyd edək ki, Kərim Abbasov küçədə hücuma məruz qalması və ona hücum edən şəxsin özünü polis kimi qələmə verdiyini bildirmişdi. Hazırda da iş üzrə Binəqədi rayon Polis İdarəsində təhqiqat gedir.
Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az