Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Sen
2019
15:45
1149

08
Sen
15:45



Kılıçdaroğluna yumurta atdılar - VİDEO

Kuşadası Bələdiyyəsi qarşısında çıxış edən CHP-nın sədri Kamal Kılıçdaroğluna yumurta atdılar.

CHP-nın sədri Kamal Kılıçdaroğlu azan səslənən zaman nitqi dayandırıb. Bu vaxt ora toplaşanlardan biri Kılıçdaroğluna 4 ədəd yumurta atıb.

Buna reaksiya verməyən və azan bitdikdən sonra insanları salamlayaraq çıxışına davam edən Kılıçdaroğlu söyləyib ki, heç kim onu yolundan döndərə bilməz: “Bu ölkənin insanlarına etibar edirəm, ədalət hissinə güvənirəm. Nə təzyiq göstərirlərsə göstərsinlər. Millət öz vətəni üçün, bayrağı üçün nə lazımdırsa etməlidir. Birlikdə dinclik içərisində yaşayacağımız Türkiyə üçün mübarizə aparmalıyıq. Mən millətin problemlərini səsləndirəndə, kimlərsə bundan narahat olur. “Kılıçdaroğlu niyə belə danışır”, deyirlər. Əziyyət çəkən insanların problemlərini hər zaman dilə gətirəcəyəm. Sözüm sözdür!”.

O, daha sonra Mustafa Kamal və onun dostlarına söz ünvanlayıb: “Gözəl respublikamızı demokratiya ilə taclandıracağıq. Hər birimiz hər tərəfdə əmin-amanlıq və güclü bir Türkiyə üçün mübarizə aparacağıq. Ən son demokratiya mübarizəsini İstanbulda apardıq. Məruzəçilərin nəzarəti altında seçkilərimizi ləğv etdilər. Biz millətimin vicdanına və ədalətinə güvənirik. 13 min fərq, 806 minə düşdü. Xalqımız bunu qazandı. Bu ölkənin millətinə çox inanıram. Şərqdən, Qərbdən, Şimaldan və Cənubdan olan hər kəsə qucaq açacağıq. Heç vaxt heç kimin təzyiqlərini qəbul etməyəcəyik. Babalarımız da boyun əymədi, biz də əyməyəcəyik. Sülh içində yaşayacağıq”.

Qeyd edilir ki, Kılıçdaroğluna yumurta atan şəxs saxlanılıb. Həmin şəxsin bir müddət rayonda ticarət işi ilə məşğul olduğu, hazırda isə işsiz qaldığı məlum olub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







TərTərdə 15 yaşlı qız ağacdan yıxılıb







"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?







Ən təhlükəli xərçəng növü - Ondan necə qorunmalı?







Azərbaycanda iki uşaq anasından DƏHŞƏTLİ ƏMƏL


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az