Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



04 Iyun
2019
18:36
4323



Kim harada dincələcək? - Sənət adamları ilə SORĞU

Yayın gəlişi ilə şou-biznes əhlinin "İnstagram" profilləri rəngarəng fotolarla bəzənməyə başlayıb.

İstirahətə yollanan yerli tanınmışlar çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşməyə davam edirlər. Bəs, yayın qarşıdakı aylarında kim harada dincələcək?

XeberOxu.Az xəbər verir ki, "Yeni Sabah" bununla bağlı sənətçilər arasında sorğu keçirib. Sorğu nəticəsində məlum olub ki, bizim müğənnilər bu dincəlmək yox, işləməyə üstünlük verəcəklər.

Təranə Qumral: "Ramazan ayı yeni bitdi. Biz bu ayda demək olar ki, işləməmişik. Evdə oturub, arada bir rayonlara gedib dincəlmişik. Ancaq qarşıdakı üç ayda dincəlmək yox, işləmək fikrindəyik. Ta Məhərrəm ayınına kimi. Ondan sonra bir plan qurub dincələrik".

Yusif Mustafayev: "Mən xarici ölkələrə getmirəm. 2003-cü ildən bəri təyyarəyə minmirəm. Təyyarə ilə səfər etməyi sevmirəm. Yay aylarında ya ailəmlə dilbər güşələrimizə, ya da Bilgəhdə dəniz kənarına gedəcəyəm. Mənim bir saat boş vaxtım olan kimi fürsətdən istifadə edib dənizin qırağına gedib ruhumu dinləndirirəm".

Cavanşir Məmmədov: "Planımda xaricə çıxmaq var. Amma dincəlmək üçün yox, iş üçün gedəcəyəm. İnşallah alınsa, Nyu-Yorka getmək istəyirəm. Həm də gedib Elarizi görüm. Elariz üçün darıxmışam, yanına gedəcəyəm. Dünən danışdıq telefonla. Elariz yaxşı yoldaşdır".

Mətanət İsgəndərli: "Mən adətən səfalı rayonlarımızda dincəlməyi sevirəm. Lakin məni xaricə bağlayan bir səbəb var. Mənim qızım Türkiyədə yaşayır. Fürsət tapdıqca onun yanına gedirəm. Görək, bu yay da alınsa, Türkiyəyə gedəcəyəm".

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az