![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
05 Avq 2022
10:26
![]() |
05
Avq 10:26
![]() Kirayə mənzil bazarında qiymət artımı gözlənilir Paytaxtın mənzil kirayəsi bazarında yay aylarında adətən dəyişikliklər baş verir. Yay mövsümündə tədris ili başa çatır, insanların əksəriyyətinin yay aylarında istirahətə yollanması da həm kirayə, həm də alqı-satqı işinə təsir edir. Məsələ ilə bağlı açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, yay aylarında həmişə olduğu kimi, paytaxtda həm kirayə, həm də mənzil satışı bazarında durğunluq olur. Onun sözlərinə görə, hazırda kirayə bazarında mənzillərə tələbat yüksək deyil.
"Yay aylarında kirayə mənzil bazarında durğünluğun yaranmasının əsas səbəbi tələbələrin dərslərin bitməsiylə əlaqədar öz rayonlarına qayıtmasıdır. Bu, durğunluğun yaşanması bir çox hallarda mövsümi xarakter daşıyır. Hazırda kirayə mənzil fondunun 20 %-i boşalıb. Lakin qiymətlərdə heç bir dəyişiklik yoxdur. Təxminən avqust ayının axırında paytaxta tələbə axını ilə bağlı kirayə mənzil bazarında qiymət artımı gözlənilir",- deyə ekspert qeyd edib. ![]() ![]()
|
Ən Çox Oxunanlar
Şabranda daha bir kəndin ərazisində yanğın başlayıb
Ağcabədidə dələduzluq edən şəxs tutuldu
TƏBİB qeysəriyyə əməliyyatından sonra ananın ölümü ilə bağlı açıqlama yayıb - YENİLƏNİB
Axtarışda olan 60 nəfər tutuldu - KRİMİNAL XRONİKA
|
|