XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



22 Avq
2022
20:03
921
22
Avq
20:03



Klublararası Avropa çempionatında ilk gün – 9 medal - FOTO

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə klublararası Avropa çempionatına start verilib. 

Apasport.az saytının məlumatına görə, 5 gün davam edəcək yarışın startı Azərbaycan komandaları üçün uğurlu alınıb. 

Taekvondoçularımız müxtəlif klubların heyətində 9 - 2 qızıl, 3 gümüş və 4 bürünc medal əldə ediblər. 

"Ümid"in yetirmələri baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında 4 dəfə fəxri kürsüyə yüksəlib. Bütün rəqiblərinə qalib gələn Sabir Məmmədli (27 kq) qızıl medala yiyələnib. Yalnız finalda məğlub olan Coşqun Məmmədzadə (33 kq) ikinci yeri tutub. Rasim Qarayevlə (27 kq) Kənan Balayev (30 kq) bürünc medalla kifayətlənib. 

“Gədəbəy” İdman Klubunun taekvondoçusu Həsən Süleymanov da çempion tituluna sahib olub. Baş məşqçisi Beyrək Bağırovun 44 kq çəki dərəcəsində mübarizə aparan yetirməsi inamlı çıxışı ilə fərqlənib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

"Fortis"dən Mehman Qənbərov (27 kq) da adını mükafatçılar sırasına yazdırıb. O, medal kolleksiyasına bürünc medal əlavə edib. 

“Alov”un iki taekvondoçusu Azərbaycan bayrağını yüksəldib. Baş məşqçisi Asim Xudiyevin şans verdiyi idmançılardan Əli Hüseynli (44 kq) 2-ci, İsa Hüseynli (40 kq) 3-cü yeri tutub. 

Ölkəmizin aktivinə günün 9-u medalını isə Vüqar Kərimov (68 kq) yazdırıb. O, veteranlar arasında baş tutan Avropa çempionatını ikinci pillədə başa vurub. 

Qeyd edək ki, qarşıdakı günlərdə gənc və böyük yaş qrupları üzrə taekvondoçular dayanq üzərinə çıxacaqlar. 


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər İdman xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.