Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Sen
2019
10:00
597

07
Sen
10:00



Komitə rəsmisi: Dini radikalizmlə mübarizədə ən mühüm vasitə maarifləndirmədir

Son dövrlərdə baş verən hadisələr göstərir ki, dini radikalizm aktuallığını itirməyib, əksinə, qlobal təhlükəli bəlaya çevrilib. Onun qarşısını almaq, təhlükənin azalmasına nail olmaq və inkişaf etməsi üçün şəraitin yaranmasına imkan verməmək hər bir ölkənin milli təhlükəsizliyinin təmin olunması baxımından mütləqdir.

XeberOxu.Az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı DQİDK və Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirədə deyib.

Sədr müavini bildirib ki, dini radikalizmlə mübarizədə ən mühüm vasitə maarifləndirmə hesab edilir: "Sözügedən prosesdə zəngin biliklərə malik din xadimlərinin də üzərinə böyük məsuliyyət düşür. Bu şəxslərin mövqeyi, həm də fikirləri doğru və mənalı olmalıdır. Bəşəriyyətin və cəmiyyətin maraqları nəzərə alınmalıdır ki, dindar insanlar yanlış yola yönəlməsinlər, dini ayrı-seçkliyə, ədavətə yol verməsinlər".

S.Salahlının sözlərinə görə, nüfuzlu din xadimləri dinlər və mədəniyyətlərarası münasibətlərə həssas yanaşmalı, bu sahədə atdıqları addımların cəmiyyətin təhlükəsizliyi baxımından nə qədər böyük əhəmiyyət kəsb etdiyinin fərqinə varmalıdırlar: "Onlara etibar olunan minbərin saxta ruhani kimliyinə malik şəxslərin əlinə keçməsinə imkan verməməlidirlər. Minbər tribunadır, onun ölkəmizin mənafeyini öz mənfəətlərinə qurban verməyə hazır olan, din pərdəsi adı altında gizlənən şəxslərin əlində alətə çevrilməsi yolverilməzdir. Çünki dinin siyasiləşməsi indiyədək heç bir cəmiyyətə xoşbəxtlik gətirməyib".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az