Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Sen
2019
21:00
857

02
Sen
21:00



Komitə rəsmisi: Məhərrəmlik mərasimlərində zəncir vurmaq, baş yarmaq kimi əməllərə yol verilməməlidir

Məhərrəmlik mərasimləri qanun çərçivəsində keçirilməli, zəncir vurmaq, baş yarmaq kimi xalqımızın mədəniyyətinə və dinimizə uyğun olmayan əməllərə yol verilməməlidir.

Xeberoxu.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirədə DQİDK sədrinin müavini Gündüz İsmayılov deyib.

Sədr müavini bildirib ki, Azərbaycan və azərbaycanlılar üçün təkcə din yox, həm də mədəniyyət mənasını ifadə edən İslam bizim mövcudluğumuzu şərtləndirən və təsdiqləyən fakta çevrilib: "Bu nöqteyi-nəzərdən təkcə onu demək kifayətdir ki, Azərbaycanın son 14 əsrlik tarixini, elmini, mədəniyyətini, ədəbiyyatını, məişətini və mənəviyyatını İslamsız təsəvvür etmək mümkün deyil. Milli dəyərlərimiz dini dəyərlərimizlə o qədər bütünləşib ki, onların sərhədlərini müəyyənləşdirmək nəinki çətindir, hətta, mümkünsüzdür".

Sədr müavini qeyd edib ki, elmə, təhsilə, müasirliyə, dünyəviliyə, qadına, ailəyə yüksək dəyər verilməsi, məzhəbçilikdən uzaq olması Azərbaycanda ənənəvi İslamın xarakterik xüsusiyyətləridir və milli mənsubiyyətimiz, mədəniyyətimizlə bağlı hər şeyi inkar etmək və buna İslam prizmasından haqq qazandırmağa çalışmaq qəbuledilməzdir. Komitə rəsmisinin sözlərinə görə, din və etnik məsələ dövlətlərin və siyasi dairələrin məqsəd və hədəflərinə çatmaları üçün “ən yaxşı vasitə”, “ən təsirli silah” kimi qalmaqdadır.

Bəzi maraqlı dairələrin təbliğatlarını milli kimliyimizin, hətta milli mədəniyyətimizin, adət-ənənələrimizin inkarı üzərində qurduğunu təəssüflə bildirən G.İsmayılov Aşura mərasimlərində hər hansı siyasi çıxışların olmaması, bu mərasimlərin siyasi alət kimi istifadə edilməməsi və dinimizin sırf mənəvi-ruhi nöqteyi-nəzərdən təbliğ edilməsinin vacibliyinə toxunub.

DQİDK sədrinin müavini əlavə edib ki, Aşura mərasimlərində Qafqaz Müsəlmanları İdarəsinin fətvasına, orada qeyd olunan tövsiyələrə əməl edilməsi vacibdir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar







Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb







Cəlilabadda elektrik ustasını dirəkdə cərəyan vurub öldürdü







Jan-Klod van Dammdan Azərbaycanla bağlı maraqlı paylaşım


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az