28 Iyun
2020
16:32
4438

28
Iyun
16:32



Könül Nurullayeva: Dünya Prezident İlham Əliyevin bəşəriyyətin xilasına yönələn təşəbbüsünü dəstəklədi

Dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi Azərbaycana olan etimadın göstəricisidir.

XeberOxu.Az-ın məlumatına görə,bunu  Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, bu, eyni zamanda Prezident İlham Əliyevin qlobal liderliyi kimi dəyərləndirilməlidir: "Məlum olduğu kimi, ”COVİD-19” pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və effektiv addımlar atılır. Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım etmişdir. BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı da məhz Azərbaycanın təşəbbüsü ilə virusa qarşı mübarizədə həll yolları axtarmaq üçün bir araya gəldi".

Deputat qeyd edib ki, hazırda 130 dövlətin Azərbaycanın növbəti həmrəylik təşəbbüsünü təqdir etməsi Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünyanın dəstəyidir:

"Məlumdur ki, əksər böyük dövlətlər və beynəlxalq təşkilatlar qlobal liderlik əvəzinə özünü təcridə üstünlük verdi. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. Halbuki belə mürəkkəb şəraitdə özünütəcrid və fikirayrılığı daha ciddi problemlərə yol aça bilər, humanitar fəlakətin miqyasını daha da genişləndirə bilər.

Gözlənildiyi kimi, bəşəriyyətin xilasına yönələn bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan oldu. İşğalçı ölkə bu davranışı ilə əslində növbəti dəfə özünün terrorçu və destruktiv mahiyyətini ortaya qoymuş oldu.

Çünki BMT-nin xüsusi sessiyası pandemiya qarşısında dünya ictimaiyyətinin səfərbər olunmasına hesablanıb. Ermənistan bu platformanın təşkilinə qarşı çıxmaqla faktiki koronavirus kimi bəşəri təhdidə qarşı qlobal cavabın tapılmasının əleyhinə çıxmış oldu. Məlumdur ki, vaksin tapılmayana qədər bütün dünya COVİD-19-la mübarizədə həmrəylik nümayiş etdirməli, həll yolları tapmalıdır.

Tarixə nəzər yetirsək, BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi - ən azı 97 ölkə təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil oluna bilər. Bu mənada Azərbaycan həm də bəşəriyyətin xilasına çalışan dövlət kimi tarixə düşdü"

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu







Şəxsi avtomobillərdən hansı halda və necə istifadə edilə bilər?







Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib







Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.