# EVDƏQAL
# EVDƏQAL



24 Apr
2020
03:45
2933

24
Apr
03:45



Koronavirus allergiyası olan uşaqlara necə təsir edir?

ABŞ-dakı Milli Səhiyyə İnstitutunda 12 ildir allergiya və immunologiya sahəsində çalışan həkim Akgül Akpınarlı Antoni COVID-19-un allergiyası olan uşaqlara təsirini öyrənib.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

Akgül allergiyası olan uşaqların koronavirusla bənzər simptomlar göstərməsinin ailələri təşvişə saldığını vurğulayıb və bahar mövsümü ilə əlaqədar allergik simptomların çox tez-tez müşahidə olunmağa başladığını bildirib.

Mütəxəssis yeni tip koronavirus epidemiyasının allergiyası olan uşaqlar üçün xüsusi risk daşımadığını açıqlayıb:

"Lakin hər kəs kimi allergiyası olan uşaqlar və ailələrinin də COVID-19-dan qorunması, məcburiyyət olmadıqca evdə qalmaları, küçədə mütləq şəkildə maska və əlcək taxmaları, əl təmizliyinə diqqət göstərmələri gərəkdir”.

Həkim, həmçinin, allergik simptomlarla COVID-19 əlamətləri arasındakı fərqlərə də diqqət çəkib.

"Allergik simptomlar COVID-19 simptomları ilə müqayisədə, daha yüngül olur. Allergik xəstələrdə vəziyyətin proqressiv şəkildə pisləşməsi olmur. Ümumi vəziyyətləri yaxşı olur.

Allergiyası olan uşaqların iştahı və yuxusu hər zamankıkimi qalır. Hamısından önəmlisi isə odur ki, mövsümi allergiyalarda temperatur olmur”, - deyə həkim bildirib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri







TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb -VİDEO







Lerikdəki Büzeyir qalası qədim insan məskənidir







Beynəlxalq Türk Akademiyası yanında Türkologiya Kafedraları Şurasının iclası keçirilib


Digər Maraqlı xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.