13 Yan 2021
10:44
![]() |
13
Yan 10:44
![]() Koronavirusun mənşəyi müəyyən edildi Böyük Britaniyanın Kembric Universiteti və Pirbrayt İnstitutunun alimləri SARS-CoV-2 virusunu insanlar üçün patogen edən əsas dəyişiklikləri müəyyənləşdiriblər. Araşdırmalar “PLOS Biology” jurnalında dərc edilib. Məlum olub ki, virusun yarasalardan insanlara keçməsinə imkan verən genetik uyğunlaşmalar 2003-cü ildə SARS epidemiyasına səbəb olanlara bənzəyir. Alimlərin fikrincə, bu, virus ailəsinin mutasiyaya uğrayaraq heyvanlardan insana keçməsinin ümumi mexanizminin mövcudluğundan xəbər verir. Mütəxəssislər SARS-CoV-2-ni ona 96 faiz bənzəyən RaTG13 virusu ilə müqayisə ediblər. Onlar virusun insan hüceyrə reseptorları ACE2 ilə bağlanmasından məsul olan S zülalının (sünbül zülalı) bölgələrini dəyişdiriblər. Alimlərin fikrincə, tədqiqatın nəticələri SARS-CoV-2-nin S zülalındakı dəyişikliklərin tarixən meydana gəldiyini və virusun növ səddini keçməsində əsas rol oynadığını göstərir. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Qaxda narkotik alverçisi silahla yaxalandı
Ağsu sakini həmkəndlisini güllələyib
Şabranda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib
Bakıda 20 Yanvar günü fişəng atan şəxs saxlanıldı -VİDEO
|