Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Sen
2019
20:18
744

02
Sen
20:18



Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir

Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığını davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən XeberOxu.Az-a verilən məlumata görə, avqustun 26-27-də Keniyanın Naivaşa şəhərində Avropa İttifaqının maliyyə dəstəyi ilə Keniya Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsi (UNODC) tərəfindən "Düşüncənin Liderliyi" adlı seminar keçirilmişdir.

Tədbirdə beynəlxalq ekspertlər qismində ABŞ, Böyük Britaniya, Avstraliya, Niderland, Yeni Zelandiya, Cənubi Afrika Respublikasının prokurorluq və digər hüquq-mühafizə orqanlarının, eləcə də BMT-nin nümayəndələri ilə yanaşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru İsfəndiyar Hacıyev iştirak etmişdir.

Mühazirəçi qismində çıxış edən İ.Hacıyev Azərbaycanda korrupsiyaya qarşı mübarizənin Prezident cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykəndiyini vurğulayaraq həyata keçirilmiş mütərəqqi hüquqi və institusional tədbirlər barədə ətraflı məlumat vermişdir. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verən İ.Hacıyev, dövlət sektorunda korrupsiyaya qarşı qabaqlayıcı tədbirlərin uğurlu nümunəsini təşkil edən “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən bəhs etmiş, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn vəzifələr və həyata keçirilən tədbirlər barədə danışmışdır.

İ.Hacıyev çıxışında Azərbaycan Prokurorluğu tərəfindən beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirildiyini vurğulayaraq bu istiqamətdə Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun sessiyalarının Assosiasiyanın İllik Konfranslarında ölkəmizdə keçirilməsi, bundan başqa Avropa İttifaqının Əkizləşmə Layihəsi (Twining Project) çərçivəsində Litvanın Xüsusi İstintaq Xidməti ilə Baş İdarə arasında potensialların artırılması ilə bağlı faydalı əməkdaşlıq, həmçinin Baş İdarə tərəfindən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Anti-Korrupsiya Şəbəkəsi və Beynəlxalq Anti-Korrupsiya Akademiyası (IACA) və digər qurumlarla əməkdaşlığın korrupsiya qarşı mübarizə sahəsində qabaqcıl nailiyyətlərin öyrənilməsi, bunun cari fəaliyyətdə qarşıya çıxan çətinliklərin həllində və fəaliyyətin təkmilləşdirilməsində səmərəli tətbiqi təcrübəsindən danışmışdır.

Tədbirdə ölkəmizdə korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Prezident Akif Əlizadəni təltif etdi







Məzahir Pənahova yeni müavin seçildi







İlham Əliyevdən Ramiz Mehdiyevlə bağlı daha bir - SƏRƏNCAM







Yeni Baş nazir bu şəxslərə yüksək vəzifə verdi


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az