# EVDƏQAL
# EVDƏQAL



25 Mart
2020
02:00
1269

25
Mart
02:00



Külli miqdarda zərgərlik məmulatının ölkəyə keçirilməsinin qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Xeberoxu.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportun T1 terminalında "Qırmızı kanal" buraxılış sistemi vasitəsi ilə gömrük nəzarətindən keçərkən, hərəkətlərində şübhə yarandığı üçün gömrük əməkdaşları tərəfindən saxlanılıb.

Daha sonra vətəndaşa rentgen aparatından keçmək təklif olunub. Nəticədə, vətəndaşın pul kisəsində, əl çantasında olan gödəkçənin cibində və üzərində əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron, yazılı formada bəyan edilməyən qızıl zərgərlik məmulatları - 6 ədəd üzük, 3 cüt sırğa, 5 ədəd boyunbağı, 8 ədəd qolbaq, 1 ədəd sırğa-üzük dəsti aşkarlanıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 188,34 qram olan 583/585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatlarıdır.

Faktla bağlı araşdırma aparılır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb







Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir







Evdə qal və əməliyyatları Müştəri Bank-la et!







XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.