Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Yan
2020
14:36
284

14
Yan
14:36



Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 120, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan çox olmaqla onun 160, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və norma daxilində olmaqla onun 80-100 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XeberOxu.Az-a  verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 112 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 70 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi 28 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 42 faizinə bərabərdir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb. Hazırda məntəqədə su sərfi 112 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normaya yaxın olmaqla onun 81 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 5 santimetr azalaraq 420, Şirvan məntəqəsində 6 santimetr azalaraq 263, Salyanda 3 santimetr azalaraq 198, Bankə məntəqəsində 2 santimetr artaraq 187 santimetrə bərabər olub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 santimetr artaraq 145 santimetr təşkil edib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nərminin qatilinə qarşı yeni ittiham irəli sürüldü







Xırdalanda maşın iki şagirdi vurdu - Qəza anının videosu







Məzahir Pənahov seçkilərdə iştirak edən partiyalara müraciət edib







Elmar Məmmədyarov: Çili ilə ikitərəfli və çoxtərəfli dialoq inkişaf edir


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.