RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



04 Iyul
2019
14:24
825



Kürdəxanıda 60.5 km uzunluğa malik küçədə təmir işləri aparılıb

Kürdəxanıda 60.5 km uzunluğa malik küçədə təmir işləri aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XeberOxu.az-a verilən məlumata görə, Sabunçu rayonu üzrə 12 mindən artıq əhalisi olan Kürdəxanı qəsəbəsində küçələrin vəziyyəti qənaətbəxş olmadığı üçün, üstəlik torpaq əsaslı və çınqıl örtüklü olduğu üçün təxirəsalınmaz tədbirlərə start verilib.

Nəticədə qısa müddət ərzində sözügedən yaşayış məntəqəsində vətədaşların əsas istifadə etdiyi lakin yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan və sosial obyetlərin yerləşdiyi 60.5 km uzunluğa malik olan 101 küçədə təmir-bərpa işləri aparılıb, 302 min kv.m-ə yaxın sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Sözügedən küçələrdə təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçə profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonu Kürdəxanı qəsəbəsində 351 min kv.m sahədə, ümumi uzunluğu 70.2 km təşkil edən 122 adda küçənin bərpası işləri nəzərdə tutulub.

Nəzərdə tutulan digər küçələrdə bərpa işləri davam etdirilir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb







Tanınmış aparıcıya vəzifə verildi







Azərbaycanda vəzifəli şəxs postunu tərk etdi







Gürcüstan XİN: “Keşikçidağ”dakı insident Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az