XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



06 Yan
2021
12:54
4544
06
Yan
12:54



Kərimin anası dəm qazından zəhərlənibmiş
"İl yarımdı atamı itirdim. Anam dözə bilmədi. Birinci 22 yaşlı qardaşım dünyasını dəyişdi. Anam hər gün ağlayırdı. Atamdan sonra lap pis oldu. Dekabrın 28-də atamın ad günü idi, hamı onun qəbrini ziyarətə getdi. Anam orada deyib ki, Fətulla yanında yer elə gələcəm".

XeberOxu.Az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Elgizlə izlə" proqramında deyib. O bildirib ki, 31 dekabr günü anasını dəfn edib. Kərim anasının dəm qazından zəhərləndiyini söyləyib:

"30 dekabr günü oğluma dedim ki, geyin get nənənin yanına. Biz bir yerdə yaşayırıq: o, yuxarı mərtəbədə, biz aşağıda. Uşaq gedib ki, anam hamamdadı. Gördüm qayıtmadı. Yoldaşımı göndərdim ki, get gör nə olub? Gəldiki yıxılıb, dünyasını dəyişib. Anam hamamda dəm qazından ölüb.

Hər bir ana-balanın arasında söz-söhbət olur. İncikli olan balalara deyirəm, ananızın qədrini bilin. Sizi söysə də, gülün, mənim kimi olmayın. Şou-biznes nümayəndəsiyəm, anam məni qınayırdı, dalaşırdı. Bizim aramızda inciklik olurdu. Ananın qədrini bilin, sonra peşmançılıq çəkməyəsiniz deyə". 

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusar sakinindən odlu silah götürüldü - FOTO







Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edilib - VİDEO







Gəncədə su sayğaclarını oğurlayan şəxs saxlanıldı







Ağstafa rayonunda "Ford" yanıb


Digər Şou-biznes xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.