XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



16 Yan
2021
19:55
991
16
Yan
19:55



Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələrinə cinayət işi açılıb

Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının (ŞBPİ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan XeberOxu.Az-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı aşkar olunub ki, şəhər sakini Orxan Məmmədovun koronavirus testinin nəticəsi pozitiv çıxması, özünü təcrid edərək yaşadığı evdə müalicə almalı olduğu halda şəhər ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsinə gələrək, orada işləməsi beləliklə müştərilərlə mütəmadi təmasda olaraq onlara infeksiyaya yoluxma təhlükəsi yaradıb. Polis əməkdaşları tibbi prosedurlar gözləməklə onu yaşadığı evə göndərib.

Bundan başqa ŞBPİ-nin əməkdaşları şəhər ərazisindəki stasionar postda xidmət aparan zamanı şəhər sakini Elnurə Verdiyevanın da təcrid qaydalarına riayyət etməyərək, sağalmadan yaşadığı evi tərk etməsini aşkar edib. Vətənadaşa pandemiya barədə ümumi məlumat verilərək yaşadığı evə göndərilib.

Davam etdirilən tədbirlər nəticəsində şəhər sakini Sənan Hacıyevin də yaşadığı ünvanı tərk etməsi və beləliklə “Covid-19” virusunun yayılmasına şərait yaratması aşkar edilib. Polis əməkdaşları tibbi prosedurlar gözləməklə onu yaşadığı evə göndərib.

Qeyd edək ki, koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə aparılan tədbirlər nəticəsində Gəncə şəhərində ümumi 30 nəfərin xəstəliyə yoxluxduğu halda yaşayış yerini tərk etməsi aşkarlanıb ki, həmin şəxslər barəsində Gəncə şəhər baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusar sakinindən odlu silah götürüldü - FOTO







Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edilib - VİDEO







Gəncədə su sayğaclarını oğurlayan şəxs saxlanıldı







Ağstafa rayonunda "Ford" yanıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.