XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



16 Yan
2021
20:53
1049
16
Yan
20:53



Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, 2021-ci il sosial inkişaf, həssas əhali qruplarına, xüsusilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə qayğının artırılması sahəsində növbəti mühüm irəliləyişlər ili olacaq, aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək.

XeberOxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarının icrası sahəsində görüləcək işlərə, ötən ilin yekunlarına və bu ilki sosial hədəflərə həsr olunmuş kollegiya iclasında vurğulayıb.

Nazir bildirib ki, 2020-ci il tariximizə Zəfər ili kimi qızıl hərflərlə yazıldı. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu möhtəşəm Qələbə əldə etdi, ərazilərimiz işğaldan azad edildi. Postmüharibə dövrü isə şəhid ailələrinin, müharibə iştirakçılarının, müharibədən zərər çəkənlərin sosial dəstəklə təmin olunması işləri ilə xarakterik olan bir dövrdür. Bu sahədə işlər qarşıdakı dövrdə daha geniş miqyas alacaq. Cənab Prezidentin yanvarın 15-də Şuşada səfərdə olarkən hərbçilərlə görüş zamanı qeyd etdiyi kimi, “Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir. Artıq bu ildən başlayaraq göstəriş verildi. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqlar. Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər vermişdir. Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq”.
Nazir qeyd edib ki, 2020-ci il üzrə mənzillə təminat proqramı – 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mənzillə və fərdi evlə təminatı uğurla icra olundu. Hazırda cənab Prezidentin göstərişi ilə mühüm bir proqram - keçmiş köçkünlər üçün tikilmiş mənzillərin şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri aparılır və artıq bu işlər yekunlaşandan sonra yaxın aylarda şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunmasına başlanacaq.

S.Babayev 2021-ci ilin işğaldan azad edilmiş ərazilərdə sosial xidmət və reabilitasiya infrastrukturunun qurulmasına başlanması dövrü olacağını və bu istiqamətdə də geniş işlərin aparılacağını deyib. O, eyni zamanda sosial ödənişlərin davamlılığının təmin edilməsinin, özünüməşğulluq proqramına 2020-ci illə nisbətən 33,3% çox olmaqla 16 min şəxsin cəlb olunmasının təmin ediləcəyini bildirib.

Nazir diqqətə çatdırıb ki, il ərzində yeni reabilitasiya və sosial xidmət mərkəzləri istifadəyə veriləcək. Vətən müharibəsində yaralanmış hərbçilərin reabilitasiyası üçün müasir tələblərə uyğun reabilitasiya sistemi qurulub və onların bu xidmətlərlə, habelə reabilitasiya vasitələri, yüksək texnologiyalı müasir protezlə təminat proqramı da davam etdirilməklə genişləndiriləcək. Nazirlik üzrə e-xidmətlərin sırası ötən il daha da artıb. Bu sahədə işlər davam edəcək və qurum üzrə e-xidmətlərin sayının 61-dən 100-ə çatdırılması təmin olunacaq.

İclasda dövlət başçısının tapşırıqlarının icrası sahəsində qarşıda duran vəzifələr, nazirliyin fəaliyyət sahələri üzrə son bir ildə görülmüş işlər müzakirə olunub.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusar sakinindən odlu silah götürüldü - FOTO







Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edilib - VİDEO







Gəncədə su sayğaclarını oğurlayan şəxs saxlanıldı







Ağstafa rayonunda "Ford" yanıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.