XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



16 Yan
2021
22:00
978
16
Yan
22:00



BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanan əməkdaşlığa dair memoranduma əsasən Nərimanov rayonu ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.

BŞİH-dən XeberOxu.Az-a bildirilib ki, mövcud karantin qaydalarının tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri iştirak ediblər.

İlk növbədə ağacların əkilməsi üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənib, əkiləcək ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri həll edilərək, əkin üçün hazır vəziyyətə gətirilib, paytaxtın iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 ədəd müxtəlif növ ağac əkilib.

Qeyd edək ki, mövsümün sonuna qədər həmin ərazidə 3000 ədəd yeni ağacın əkilməsi və bu kimi aksiyaların paytaxtın digər ərazilərində də davam etdirilməsi nəzərdə tutulub.
Son illər ərzində ölkədə yaşıllaşdırılma və ətraf mühitin mühafizəsi ilə bağlı geniş tədbirlər həyata keçirilir, abadlaşdırma işləri aparılır ki, bu aksiya da paytaxtda yaşıllıq zolaqlarının salınması və ekoloji tarazlığın bərpası istiqamətində görülən işlərin davamıdır.

Bundan sonra da Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında mövcud əməkdaşlıq çərçivəsində birgə tədbirlərin icrası davam etdiriləcəkdir.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusar sakinindən odlu silah götürüldü - FOTO







Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edilib - VİDEO







Gəncədə su sayğaclarını oğurlayan şəxs saxlanıldı







Ağstafa rayonunda "Ford" yanıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.