XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



17 Yan
2021
08:00
1481
17
Yan
08:00



Azərbaycanın ən çox ixrac etdiyi ərzaq məhsulları

Azərbaycanın ixrac etdiyi əsas yeyinti məhsullarının həcmi və ixrac dəyəri açıqlanıb.

XeberOxu.Az-ın Dövlət Kömrük Komitəsindən əldə etdiyi məlumata görə, ümumilikdə qeyri neft-qaz məhsulları üzrə ixrac dəyəri 1 milyard 851,3 milyon dollar olub.

Meyvə-tərəvəz - ötən il 607,5 milyon dollar dəyərində 606,6 min ton həcmində meyvə-tərəvəz ixrac edilib. İxrac dəyəri 0,3 faiz artsa da, ixrac həcmi isə 3,5 faiz azalıb.

O cümlədən, 2020-ci ildə 201,4 milyon dollar dəyərində 187,5 min ton tomat ixrac edilib. 2019-cu ilə nəzərən onun ixrac dəyəri 6,4 faiz, ixrac həcmi isə 7,4 faiz artıb.

Bu dövr ərzində 116,3 milyon dollar dəyərində 18,9 min ton meşə fındığı ixrac edilib. 2019-cu il göstəriciləri ilə müqayisədə ixrac dəyəri 7,4 faiz, 16,6 faiz azalıb.

Həmçinin, 29,5 milyon dollar dəyərində 72,1 min ton alma ixrac edilib. Əvvəlki illə müqayisədə fındığın ixrac dəyəri 24,4 faiz, ixrac həcmi isə 25,6 faiz azalıb.

Eləcə də, 91,6 milyon dollar dəyərində 125,8 min ton xurma ixrac edilib. Onun ixrac dəyəri 12,5 faiz, ixrac həcmi isə 13,9 faiz faiz azalıb.

Şəkər - 26,9 milyon dollar dəyərində 60,6 min ton şəkər ixrac edilib. 2019-cu ilin göstəricilərinə nisbətən məhsulun ixrac dəyəri 0,1 faiz artsa da, ixrac həcmi isə 2,3 faiz azalıb.

Bitki və heyvan mənşəli piy və yağlar - 24,7 milyon dollar dəyərində 24,8 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib. Bu məhsulların ixrac dəyəri 34 faiz, ixrac həcmi 37,2 faiz artıb.

Çay - 9,6 milyon dollar dəyərində 1,4 min ton çay ixrac edilib. Onun ixrac dəyəri əvvəlki illə müqayisədə 0,5 faiz, ixrac həcmi isə 9,8 faiz azalıb.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusar sakinindən odlu silah götürüldü - FOTO







Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edilib - VİDEO







Gəncədə su sayğaclarını oğurlayan şəxs saxlanıldı







Ağstafa rayonunda "Ford" yanıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.