Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
Haqqımızda   RU     



04 Fev
2023
17:50
564
04
Fev
17:50



Laçın yolundakı aksiyaları dəstəkləyirik - Türkiyəli deputat

Türkiyə azərbaycanlı ekofəalların Laçın yolundakı aksiyalarını dəstəkləyir.

Xeberoxu.Az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasında jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Deputat söyləyib ki, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə - Azərbaycan əlaqələri yeni müstəviyə qədəm qoydu:

"Əlaqələrimiz bundan sonra da inkişaf edəcək".

"Biz həmişə olduğu kimi indi də Azərbaycanın yanındayıq. Bilirik ki, bu aksiyalar haqlıdır. Azərbaycan Xankəndi, Xocalıda da tam suverenliyini bərpa edəcək. Biz buna inanırıq", - o, vurğulayıb.

Parlamentari, həmçinin media nümayəndələrinə də təşəkkür edib:

"Azərbaycan və Türkiyədən olan jurnalistlər İkinci Qarabağ müharibəsi dövründə haqlı səsimizin dünyaya çatdırılmasında mühüm rol oynadılar. Onlar Azərbaycana olan raket hücumları barədə beynəlxalq ictimaiyyətə operativ məlumat verdilər".


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Siyasət xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə








© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.