AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





14 Mart
2019
11:52
447



Latviyanın sabiq Prezidenti: Qlobal Bakı Forumu özünü dünya liderlərinin əsas illik görüş yeri kimi göstərib (ÖZƏL)

Qlobal Bakı Forumu özünü dünya liderlərinin əsas illik görüş yeri kimi göstərib.

Xeberoxu.az xəbər verir ki,bunu Trend-ə özəl açıqlamasında Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa deyib.

O qeyd edib ki, Qlobal Bakı Forumu ildən-ilə daha irimiqyaslı, nüfuzlu və mühüm tədbirə çevrilir: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə yaradılan və təşkil edilən, Azərbaycan Prezidenti İlham Əliyevin daimi dəstəyi və himayəsindən yararlanan Bakı Forumu hazırda özünü sabiq və indiki dünya liderlərinin, aparıcı mütəfəkkirlərin və intellektualların, siyasətçilərin və şərhçilərin, mühüm beynəlxalq agentliklərin, fondların, analitik mərkəzlərin, qeyri-hökumət təşkilatlarının rəhbərləri və jurnalistlərin əsas illik görüş yeri kimi göstərir. Bir çox ölkələrin istedadlı gəncləri üçün xüsusi proqram da Forumun ümumi proqramının ayrılmaz hissəsinə çevrilib".

V.Vike-Freyberqa bildirib ki, Qlobal Bakı Forumu hər il ümumdünya əhəmiyyətli aktual məsələni əsas mövzu kimi seçir: "Bu il Forumun mövzusu “Dünyanın yeni xarici siyasəti”dir. Son illər ərzində gözlənilməz ciddi dəyişikliklər baş verib, iri dövlətlər arasında qüvvələr balansı, bir çox ölkələrdə müxtəlif siyasi qüvvələr arasında siyasi bərabərlik dəyişib. Xarici siyasətdə və beynəlxalq münasibətlərdə müşahidə olunan dəyişikliklərin bütün digər ölkələrə həm birbaşa, həm də dolayı yolla təsiri qaçılmazdır".

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri vurğulayıb ki, bu il 10 müxtəlif diskussiyadan ibarət zəngin proqrama malik Bakı Forumu siyasi, ictimai xadimlərə öz baxışlarını, biliklərini və dünyada baş verən hadisələrə yanaşmalarını təqdim etməyə imkan verəcək. Forumda təqdim edilən fikirlər, baxışlar böyük diqqətə səbəb olacaq, Bakının adı isə dünyada xüsusi nüfuzla və fərqləndirilərək səsləndiriləcək.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir







Əli Əhmədov: Dünyada Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan ölkələrdəndir







Azərbaycanla Gürcüstan sərhədin razılaşdırılmamış hissələrinə birgə baxış keçirəcək







Avroliqanın final oyunu ilə əlaqədar dəmir yolunda TƏDBİRLƏR PLANI hazırlanıb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az