Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
17:40
4656

20
Iyun
17:40




Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması davam etdirilir

Son illərdə yağan aramsız yağıntılar nəticəsində uzunluğu 55 km olan Lənkəran-Lerik avtomobil yolunda çoxsaylı sürüşmə və uçqunlar baş vermiş, yolun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti üçün real təhlükə yaranmışdı. Baş vermiş təbiət hadisələrinin yaratdığı fəsadları aradan qaldırmaq, avtomobil yolunun dayanıqlığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini gücləndirmək məqsədi ilə avtomobil yolunun yenidən qurulması zərurəti yaranmışdı.

Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri davam etdirilir.

Agentlikdən Xeberoxu.az-a verilən məlumata görə, Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Hər bir hərəkət zolağının eni 3.5 metr, çiyinlərin eni isə 2.5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

Yenidənqurma işləri çərçivəsində yolun normativ eninin alınması üçün döngələrdə qruntun mexanizmlə kəsilməsi və daşınması, həmçinin torpaq yatağının layihə hündürlüyünə çatdırılması işləri görülür, yol profilə salınır və yeni yol yatağı inşa edilir.

Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri də görülür, dəmir-beton küvetlər inşa edilir. Bundan başqa bu və digər ərazilərdə istinad divarı inşa edilir, dəmir-beton svaylar vurulur, drenaj xətləri çəkilir və yeni suötürücü borular quraşdırılır.

Torpaq işləri yekunlaşan ərazilərdə asfaltlanma işləri görülür. Düzləndirici asfalt qatı, ardı ilə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi təmin edilir.

Layihəyə uyğun olaraq yolda olan mövcud körpülərin təmiri və genişləndirilməsi işləri görülür. Körpülərin ətrafında əlavə bərkitmə işləri aparılaraq, dəmir-beton svaylar vurulur.

İşlərin yüksək keyfiyyətlə həyata keçirilərək tərtib olunmuş qrafikə uyğun bu ilin sonu, gələn ilin əvvəli yekunlaşdırılması üçün Avtomobil Yolları Dövlət Agentliyi əraziyə lazımi sayda qüvvə səfərbər edib. Bütün işlər vətəndaşların hərəkətinə və təhlükəsizliyinə maneə yaratmadan aparılır. Bunun üçün ərazilər boyu müvəqqəti yol hissələri salınmaqla əlavə təhlükəszilik tədbirləri görülüb.

Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə, nəqliyyat xərclərin azalmasına zəmin yaratmaqla, həm də kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək. Ümumilikdə isə yol boyu yaşayan vətəndaşların sosial rifah halına müsbət təsir göstərməklə, bölgənin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirməsinə şərait yaratmaqla, sosial-itisadi inkişafının sürətlənməsinə gətirib çıxaracaq.

Yenidənqurma işlərinin sonuncu mərhələsində yol boyu 6 avtobus dayanacağı, hərəkətin normal təşkili üçünsə yol boyu zəruri olan yerlərdə yol nişanı, məlumatverici lövhə, siqnal dirəkləri və km göstəriciləri quraşdırılacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıdakı məşhur dönərxana bağlandı







İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR







Azərbaycanda küçədə vəhşilik - İti belə güllələdilər – VİDEO







Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az