AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





15 May
2019
11:45
426



Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb - FOTO
Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil edilib və iftar verilib.

Xeberoxu.az-ın "Report"a istinadla xəbər verir ki, mayın 14-də Rusiya Müftilər Şurasının dəstəyi ilə Moskvada “Poklonnaya qora”dakı məscidin yaxınlığında təşkil olunan tədbirdə ictimai təşkilatların, Azərbaycanın bu ölkədəki səfirliyinin, Heydər Əliyev Fondunun və azərbaycanlıların digər diaspor təşkilatlarının nümayəndələri, eləcə də müxtəlif millətlərdən olan dindarlar, ümumilikdə 1000-dən çox insan iştirak edib.

Əvvəlcə “İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov müqəddəs ayın mahiyyətindən, oruc tutmağın faydasından danışıb.

Tədbirdə çıxış edən “Əhli-beyt” cəmiyyətinin sədri Nizami Baloğlanov bildirib ki, Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən iftar süfrəsi ilk öncə Azərbaycanda islam dininə olan hörmətin göstəricisidir.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev çıxış edərək, səfir Polad Bülbüloğlunun salamlarını qonaqlara çatdırıb. O, 1993-cü ildən Ramazan bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunduğunu bildirərək, müsəlmanların bayramını təbrik edib.

Rəsmi çıxışlardan sonra müğənni Samir Salam dini mahnılar və xalq mahnıları ifa edib. Sonra müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz iftar süfrəsinə düzülmüş Azərbaycan milli yeməklərindən və şirniyyatlarından dadıblar.

Tədbirdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib. “Baku” jurnalının nüsxələri, multimedia diskləri, ölkəmizin gözəl məkanlarının əks olunduğu açıqcalar paylanılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 14 ildir, Rusiya Müftiləri Şurasının "Ramazan çadırı" layihəsində iştirak edir.
Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir







Əli Əhmədov: Dünyada Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan ölkələrdəndir







Azərbaycanla Gürcüstan sərhədin razılaşdırılmamış hissələrinə birgə baxış keçirəcək







Avroliqanın final oyunu ilə əlaqədar dəmir yolunda TƏDBİRLƏR PLANI hazırlanıb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az