# EVDƏQAL
# EVDƏQAL



25 Mart
2020
19:38
419

25
Mart
19:38



Lidersement MMC Koronavirusla Mübarizəyə dəstək Fonduna 10 000 manat ianə edib

Norm Sement distribütor şirkətlərini və əməkdaşlıq etdiyi bütün şirkətləri hazırda yeni növ koronavirusla mübarizəyə qalib gəlmək məqsədilə birliyə, fəaliyyət göstərdikləri ərazidə sosial məsafə və izolyasiya qaydalarının tətbiqinə, cəmiyyətin maariflənməsində aktiv iştirak etməyə çağırıb.

Xeberoxu.Az-ın məlumatına görə, Norm-un çağırışına qoşulan şirkətlərdən biri də şirkətin rəsmi distribütoru Lidersement MMC olub. Distribütor şirkətin rəhbərliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10000 manat ianə etməklə nümunəvi vətəndaş mövqeyi nümayiş etdirib.

Bundan başqa, Lidersement iş yerində və yaxın ərazilərdə dezinfeksiya işlərinin aparılması, dilerlər şəbəkəsinin virusdan qorunma qaydaları haqda məlumatlandırılması, onların dezinfektantlar və tibbi maskalarla təmin edilməsi üzrə aktiv iş rejiminə başlayıb.

Lidersement bu yoluxucu xəstəliyin öhdəsindən birgə gəlmək üçün hər birinizi ölkədə elan edilən xüsusi karantin rejiminin tələblərinə uyğun davranmağa, gigiyena və sosial məsafə qaydalarının tətbiqinə iş və şəxsi həyatınızda biganə qalmamağa çağırır.

Unutmayaq ki, virusun yayılmasının qarşısını almaq məqsədilə ölkə miqyaslı qabaqlayıcı, kompleks tədbirlərin həyata keçirildiyi bir zamanda hər bir vətəndaş ən azı şəxsi gigiyena qaydalarına riayət etməkdən məsuldur.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət







Ağcabədidə yük avtomobili yandı







Bakıda bahalı it oğurlandı







Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.