Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Dek
2019
04:03
243

03
Dek
04:03



Lionel Messi 6-cı dəfə “Qızıl top” mükafatını qazanıb

Dekabrın 3-də Parisdəki “Şatle” teatrında FIFA və “France Football” jurnalı 2019-ci ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibinin adını açıqlayıb.

XeberOxu.Az-ın məlumatına görə, “Qızıl top” mükafatına Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi layiq görülüb. O, səsvermə nəticəsində “Yuventus” əsas qol silahı sayılan Kriştiano Ronaldonu və “Liverpul" komandasının müdafiəçisi Virgil van Deykı qabaqlayıb.

Mərasimdə, həmçinin FIFA tərəfindən ən yaxşı qapıçı İngiltərənin “Liverpul” klubunun qapıçısı Alisson Beyker, ən yaxşı qadın futbolçusu ABŞ yığmasının yarımmüdafiəçisi Meqan Rapino, ən yaxşı gənc (20 yaşa qədər) futbolçusu adına isə Hollandiya millisinin və İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Mateas De Liqt layiq görülüb.

“France Football” nəşri “Qızıl top” mükafatını 1956-cı ildə təsis edib. İndiyə qədər argentinalı Lionel Messi 6, portuqaliyalı Kriştiano Ronaldo 5 dəfə, fransız Mişel Platini, həmçinin hollandiyalılar – Yohan Kroyf və Marko van Basten üç dəfə bu mükafata layiq görülüb.

Xatırladaq ki, ötən il “Qızıl top” mükafatı Madridin “Real” komandasının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçə təqdim olunub.


 

Məqalə:

Lionel Messi

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Mədət Quliyev generalı özünə müşavir təyin etdi







Moldova Bakıdakı səfirini geri çağırdı







Baş prokuror Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək







Qubada evdən məişət əşyaları oğurlayan şəxs saxlanılıb


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az