Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



25 Iyun
2019
10:54
1194

25
Iyun
10:54



Liseylərə qəbul üzrə müsabiqə keçirilib -Yenilənib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqə keçirilib.

İdarədən XeberOxu.Az-a verilən məlumata görə, müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid tapşırıqları yerinə yetiriblər. V sinfə qəbul üzrə müsabiqədə sualların cavablandırılması üçün şagirdlərə 90 dəqiqə, VII lisey sinifərinə qəbul üzrə müsabiqədə isə 120 dəqiqə vaxt verilib.

Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbulla bağlı müsabiqədə 1 239 şagird iştirak edib.

BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII lisey siniflərinə qəbul üçün müsabiqədə isə həmin məktəb-liseylər və liseylərlə yanaşı, cari tədris ilində digər ümumi təhsil məktəblərinin VI sinfini əla və yaxşı qiymətlərlə bitirmiş 2 046 şagird iştirak edib.

Qeyd edək ki, elektron sənəd qəbulu "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, valideyn məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq edilir.

***

Imtahan Başa catıb

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az