Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



24 Avq
2020
00:45
79019
24
Avq
00:45



Lotu Qulinin ölüm anı hadisənin yeganə şahidinin dilindən

"Saat 21.00 radələrində Nadir Səlifov, mən və ona yaxın olan bir çox adamlar otelin restoranında idik. Çoxlu qonaqlar vardı. Heç bir şey təhlükə yox idi".

Bu sözləri avqustun 20-də Antalyadakı dəbdəbəli oteldə öldürülən Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın qohumu bildirib.

XeberOxu.Az haqqin.az-a istinadən bildirir ki, həmin şəxs cinayətinin yeganə şahididir. Onun sözlərinə görə, tanınmış avtoritet onun gözü qarşısında güllələnib.

Hadisə barədə danışan həmin şəxs deyib: "Yeməyi bitirdikdən sonra Quli mühafizəçilərlə birlikdə oteldəki otağına getdi. Sonra restoranın VIP sektorunda kart oynamağı təklif etdi. Mən restorana enib onu gözlədim. Az sonra Quli gəldi. Onun xeyli mühafizəçisi var idi, amma hamısı silahsızdı və dəhlizdə idilər. Bu sektorda biz ikimiz qaldıq. Heç kim yox idi. Birdən Xan (Xaqan Zeynalov) gəldi. Narahatlıq əlaməti yox idi. Xanən əlində bir çanta vardı. O, bizim stola yaxınlaşdı. Mənim ağlıma da gəlməzdi ki, o, tapançanı çantanın altında tutub".

Nadir Səlifovun qohumunun dediyinə görə, Lotu Quli və onun oturduğu masaya yaxınlaşan qatil birdən atəş açıb: "O, Quliyə dörd dəfə atəş açdı. Bir güllə başından, ikincisi başının arxasından, ikisi də kürəyinə dəydi. Hər şey elə gözlənilməz və sürətlə baş verdi ki, gözlərimə inana bilmədim. Mənə elə gəldi ki, bütün bunlar gerçəkdə baş vermir. Ancaq Quli masaya yıxıldı".

Qohumunun dediyinə görə, Səlifov "Beretta" maraklı tapança ilə vurulub.

N.Səlifovun qohumu iddia edir ki, işini gördüyünə əmin olduqdan sonra Xaqan Zeynalov qaçmağa başlayıb: "O, dəhlizə girib "Lotu Quli vuruldu" deyə qışqırmağa başladı. Bir neçə saniyə sonra təxminən on silahsız mühafizəçi otağa girdi. Mən yalnız Xan Əhmədlinskinin Qulini vurduğunu söyləyə bildim".

N.Səlifovun qohumu Xaqan Zeynalovun qanun oğruların dairəsinə bir il əvvəl girdiyini və möcüzəvi şəkildə Lotu Qulinin etibarını qazanmağı bacardığını söyləyib: "Şəxsən, mən ondan şübhələndim. Quli kimi təcrübəli bir insanın ətrafına bir il əvvəl etibar etdiyi təsadüfi bir insanı necə qəbul etdiyi mənə aydın deyil".

Əldə olunan məlumata görə, Xaqan Zeynalov məşhur bakılı zərgər Dayanət Zeynalovun oğludur.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Suraxanıda 2 əl qumbarası tapılıb







İrandan gizli şəkildə 3 minə yaxın dərman keçirmək istədilər -Video







Bakıda sərnişin avtobusu qəzaya uğradı







Abşeronda istixanada narkotik əkib-becərən şəxs iş başında yaxalandı


Digər Kriminal xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00








[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.