31 Iyul
2020
13:09
4718
31
Iyul
13:09



MN: Əgər Ermənistan yenidən təxribatlara əl atarsa Azərbaycan Ordusu onların cavabını layiqlincə verəcəkdir

Ermənistan silahlı qüvvələrinin mərkəzi tabelikdə olan, eləcə də birinci eşelonda yerləşən hərbi hissələrinin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi və onların qəfil yoxlanılması barədə yayılan xəbərlərə Azərbaycan Müdafiə Nazirliyi münasibət bildirib

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, bunun əsas səbəbi ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərinin Ermənistan hakimiyyətində yaratdığı xof və qorxudur:

"Silahlı Qüvvələrin Ali Baş Komandanın dünən Balakəndə söylədiyi “Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır… Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!” fikirlərini əsas tutan Azərbaycan Ordusunun şəxsi heyəti qarşıda duran bu müqəddəs vəzifənin yerinə yetirilməsi üçün peşəkarlığını və döyüş qabiliyyətini gündəlik məşqlər və təlimlərdə daim artırır.

Ordumuzun döyüş qabiliyyəti və hərbi potensialı döyüş meydanında düşmən üzərində üstünlüyümüzü təmin edəcək ən əsas göstəricidir.

Əgər Ermənistan tərəfi çirkin niyyətlərinə nail olmaq üçün yenidən təxribatlara əl atarsa Azərbaycan Ordusu onların cavabını layiqlincə verəcəkdir".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Goranboyda qadın güllələnərək öldürülüb







Sumqayıtda "LADA" yanıb







Bakıda çoxmərtəbəli binada yanğın olub







Quba-Xaçmaz yolunda baş verən qəzada 3 nəfər xəsarət alıb


Digər Gündəm xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.