Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



17 Okt
2020
10:54
2569
17
Okt
10:54



MN: Qoşunlarımız cəbhənin müxtəlif istiqamətlərində irəliləməyə nail olub

Oktyabrın 16-ı gün ərzində və 17-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əməliyyat şəraiti gərgin olaraq qalıb.

Müdafiə Nazirlyindən XeberOxu.Az-a  verilən məlumata görə, qoşunlarımız düşmənin əvvəlcədən hazırlanmış müdafiə hədlərini müxtəlif istiqamətlərdə yarmağa, onu tutduğu mövqelərdən sıxışdıraraq çıxarmağa, qaçmağa məcbur etməyə və irəliləməyə nail olub.

Aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində döyüş təcrübəsi qazanan şəxsi heyətimiz əhəmiyyətli istiqamətlərdə əlverişli hədd, yüksəklik və mövqeləri tutur.

Azərbaycan Ordusu tərəfindən sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən döyüş əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru öz mövqelərini ataraq geri çəkilib, xeyli sayda ölən və yaralanan var.

Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi vəzifəli döyüş mövqelərini özbaşına tərk edərək geri çəkilib. Hərbi vəzifəlilərin də arasında çoxlu sayda ölən və yaralanan var. Gücləndirmə məqsədilə alaya təhkim edilmiş xüsusi təyinatlı polis dəstəsinin üzvləri də döyüş mövqelərini tərk edərək qaçıb. Alayın bölmələrində ərzaq və döyüş sursatının çatışmazlığı müşahidə edilir.
Düşmən bölmələrində şəxsi heyətin yorğun və ümidsiz olması səbəbindən zabitlərə tabe olmama, həmçinin qorxu və təşvişə düşərək döyüşə girməkdən imtina etmə halları qeydə alınıb.

Qoşunlarımız bütün cəbhə boyu düşmənə dəqiq atəşlə zərər vurmaqla əməliyyat üstünlüyünü saxlayır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ermənistan ordu sıralarını doldurmaq üçün adam tapa bilmir - Deputat







Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək - Vüsal Qasımlı







Prezident İlham Əliyev xalqa müraciət edir







Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır - Mənbələr


Digər Müharibə xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.