![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
05 Avq 2022
13:11
![]() |
05
Avq 13:11
![]() Makqreqordan Şvartseneggerə qeyri-adi doğum günü təbriki - FOTO Qarışıq döyüş növləri üzrə irlandiyalı ikiqat UFC çempionu Konor Makqreqor dünyaca məşhur aktyor və bodibilder Arnold Şvartseneggeri ad günü münasibətilə təbrik edib. “I'll be back! (“Mən geri qayıdacağam!”) İnsanlıq adına. Mən qayıtmalıyam. Ad günün mübarək. Ümid edirəm ki, siz mənim sağalmağım, işim və meydandakı son hərəkətimlə fəxr edirsiniz”, – deyə Makqreqor sosial şəbəkələrdə yazıb. Makqreqorun son döyüşü UFC 264-də amerikalı Dastin Porye ilə olub. Görüş ilk raundda başa çatıb və nəticədə irlandiyalının ayağı sınıb. Qeyd edək ki, “I'll be back!” (“Mən geri qayıdacağam”) - “Terminator” filmindəki T-800 “android”in Arnold Şvartsenegger tərəfindən tələffüz edilən məşhur ifadəsidir. Bu ifadə AFI-nin (Amerika Film İnstitutu) “100 ildə Amerika filmlərindən 100 məşhur sitat” siyahısında 37-ci yerdədir. Sonradan bu ifadə bir çox filmlərdə Şvartseneggerin özü və başqa aktyorlar tərəfindən istifadə olunub. ![]() ![]()
|
Ən Çox Oxunanlar
Şabranda daha bir kəndin ərazisində yanğın başlayıb
Ağcabədidə dələduzluq edən şəxs tutuldu
TƏBİB qeysəriyyə əməliyyatından sonra ananın ölümü ilə bağlı açıqlama yayıb - YENİLƏNİB
Axtarışda olan 60 nəfər tutuldu - KRİMİNAL XRONİKA
|