12 Fev
2020
10:52
10777
12
Fev
10:52



Sürücülük vəsiqəsinin alınması üçün imtahanda YENİLİK

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulundakı yenilikləri açıqlayıb.

XeberOxu.Az-ın məlumatına görə,  İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev  açıqlamasında bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulu üçün xüsusi bağlı meydança yaradılıb:

"Meydançadakı avtomobillərdən sürücülük vəsiqəsi almaq üçün imtahandan keçmiş şəxslər istifadə edirlər. Meydançada əyani imtahan verən şəxslərin bilik və bacaracaqlarını bundan sonra imtahan götürən müəllimlər deyil, xüsusi texniki vasitələr qiymətləndirəcək. Meydançada quraşdırılan xüsusi detektor əyani imtahan verən şəxsin bilik və bacaracağını avtomatik yoxlayacaq və qiymət verəcək. Yəni imtahanlar müasir texniki vasitələrin köməyi ilə qəbul olunur. Artıq təcrübə imtahanları şöbənin əməkdaşları tərəfindən deyil, xüsusi texniki vasitələrin köməyi ilə qiymətləndiriləcək. Bu prosesi və detektorun qiymətini imtahan verən sürücülüyə namizəd özü də xüsusi quraşdırılmış monitor vasitəsilə görəcək. Digər bir yenilik isə ondan ibarətdir ki, orada yaradılan şəraitə uyğun olaraq, eyni vaxtda bir neçə avtomobillə təcrübi imtahan vermək mümkündür. Yəni eyni anda həm yük maşını, həm minik avtomobili, həm avtobus, həm də motosiklla imtahan vermək mümkündür".


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Siyəzəndə dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın söndürüldü







Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın olub







Füzulidə partlayış: ANAMA baxış keçirdi







Göyçayda üçotaqlı ev yanıb


Digər Daima Aktual xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.