# EVDƏQAL
# EVDƏQAL



11 May
2020
00:30
9515

11
May
00:30



Manaf Ağayev karantin qaydalarını pozub dəbdəbəli villasında məşhurlara iftar süfrəsi açdı - VİDEO

Müğənni Manaf Ağayev karantin günlərində həmkarlarını və yaxın dostlarını başına toplayıb, iftar süfrəsi açıb.

XeberOxu.Az xəbər verir ki, sənətçinin dəbdəbəli malikanəsinə dəvət etdiyi məşhurlar sırasında Əməkdar artistlər Vasif Məhərrəmli, Teymur Əmrah, Kikboksinq üzrə dünya çempionu Eduard Məmmədov da olub.

M.Ağayev iftar süfrəsi önündə qonaqları salamlayaraq, çıxışını belə davam edib: “Əziz qardaşlar hər zaman siz gələsiz. İstədim sizi bir yerə toplayıb iftar süfrəsi verim. Müəyyən səbəblərdən oruc tuta bilmirəm. İstədim ki,oruc tutan və tutmayan dostlarımı da bir yerə toplayım”.

Daha sonra Manaf sözü süfrə arxasında əyləşən Əməkdar artist Vasif Məhərrəmliyə verib.

“Manaf qardaşım sağ olsun Ramazan günündə bizim üçün iftar süfrəsi açıb. Bura (Manafın bağ evi - red.) öz evimiz kimidir. Hər zaman süfrən açıq olub, olacaq da. Sən Allahın sevimli bəndəsisən. Başın uca, süfrən ruzili, kisən bərəkətli olsun”, - deyə Vasif bildirib.

Xatırladaq ki, hazırda Azərbaycanda karantin rejimi davam edir. Dövlət tərəfindən tədbiq edilən karantin qaydalarına əsasən, bir yerdə beş nəfərdən artıq toplaşmaq, ara məsəfasi gözləməmək, maska və əlcəklərdən istifadə etməmək qadağandır.

Yuxarıda sadaladığımız bütün bəndlər isə müğənni Manaf Ağayevin lentə alaraq, sosial media hesabında paylaşdığı videoda pozulub.

 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda itləri döyüşürüb bir-birinə yedirirlər - DİN məsələyə qarışdı







Təhqiqatçılara yeni hüquqlar verilir - YENİLİK







“McDonald’s Azərbaycan”dan karantində olan insanlara dəstək - Video







Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı


Digər Şou-biznes xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.