Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Sen
2019
04:00
699

03
Sen
04:00



Maqnit qasırğası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası növbəti günlər üçün kosmik hava proqnozunu açıqlayıb.

Rəsədxanadan XeberOxu.Az-a verilən məlumata görə, sentyabrın 2-4-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Proqnoz dövründə ilk gün (2 sentyabr) Günəş küləyi parametrlərinin CH HSS effektinin təsiri altında sürətli külək rejiminə uyğun qalacağı, növbəti günlər isə (3, 4 sentyabr) nisbətən zəifləyəcəyi proqnozlaşdırılır.

Sentyabrın 2-də maqnit qasırğasının davam edəcəyi proqnozlaşdırılır. Sonuncu iki proqnoz günləri isə (3, 4 sentyabr) CH HSS effekti təsiri azalacağından nisbətən sabit şərait (Kp=3, 4) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı 2 sentyabrda 20%-dən, 3 və 4 sentyabr tarixlərində isə uyğun olaraq 5%-dən və 1%-dən aşağı qiymətləndirilir:

"Qeyd edək ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Təbii ki, sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcaşlanmalar xüsusi risk qrupundan olan xəstə insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stress və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az