# EVDƏQAL
# EVDƏQAL



20 May
2020
04:48
1170

20
May
04:48



Maqnus Karlsenin təşkilatçılığı ilə “Lindores Abbey Rapid Challange” turniri start götürür

Mayın 19-da hazırkı dünya çempionu Maqnus Karlsenin və dünyanın 11 ən yaxşı şahmatçısının iştirakı ilə “Lindores Abbey Rapid Challange” onlayn rapid turniri start götürür.

XeberOxu.Az-ın məlumatına görə,   bu, M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin ikinci mərhələsidir. İyunun 3-dək davam edəcək yarışın mükafat fondu 300 min ABŞ dollarıdır.

Bundan əvvəl, dünya çempionunun dəvəti ilə şahmatçılar mükafat fondu 250 min ABŞ dolları olan “Magnus Carlsen Invitational” turnirində güclərini sınamışdılar. Aprelin 18-dən mayın 3-dək keçirilən turnirin finalında amerikalı Hikaru Nakamuranı məğlub edən norveçli dünya çempionu qalib olub.

Seriyanın üçüncü mərhələsi - “Online Chess Masters” iyunun 20-dən iyulun 5-dək, dördüncü mərhələsi (Legends of Chess) iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək.

Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.

Beş yarışdan ibarət seriya turnirinin ümumi mükafat fondu bir milyon ABŞ dollarıdır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu gün Rusiyadan daha 175 azərbaycanlı vətənə gətirilir







Lənkəranda zəlzələ oldu - Yenilənib







Tələbələrə şad xəbər, imtahanlarda bu güzəştlər ediləcək







Öhdəsində azyaşlı uşağı olan bu şəxslərə vacib xəbər!


Digər İdman xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.