AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





14 Mart
2019
15:51
480



Marqvelaşvili: Heç bir qüvvə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərini soyuda bilməz

Heç bir qüvvə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərini soyuda bilməz.

Xeberoxu.az-ın məlumatına görə, bunu VII Qlobal Bakı Forumu çərçivəsində Gürcüstanın sabiq Prezidenti Georgi Marqvelaşvili jurnalistlərə deyib.

Gürcüstan və Azərbaycan münasibətlərinə mane olmaq cəhdlərini şərh edən G.Marqvelaşvili vurğulayıb ki, heç bir qüvvə iki ölkənin dostluq münasibətlərini soyutmağı bacara bilməz: "Bu münasibətlər möhkəmdir, çoxəsrlik tarixə və bir sıra istiqamətlər üzrə gələcək hərtərəfli əməkdaşlıq üçün böyük potensiala malikdir".

Sabiq dövlət başçısı Gürcüstanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi ilə bağlı da fikir bildirib: "Gürcüstan tərəfinin mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır".

G.Marqvelaşvili Qlobal Bakı Forumunun əhəmiyyətindən danışarkən deyib ki, forum region ölkələri ilə münasibətlərin gələcək inkişafına, həmçinin mühüm qlobal siyasi tapşırıqların həllinə təkan verəcək.

O bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaş olan iki ölkənin ümumi maraqlarına xidmət edir.

Sabiq Prezident Transadriatik boru kəməri layihəsinin xüsusi əhəmiyyətini də qeyd edib və deyib ki, bu layihənin reallaşdırılması nəinki region, eləcə də Avropa üçün böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir







Əli Əhmədov: Dünyada Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan ölkələrdəndir







Azərbaycanla Gürcüstan sərhədin razılaşdırılmamış hissələrinə birgə baxış keçirəcək







Avroliqanın final oyunu ilə əlaqədar dəmir yolunda TƏDBİRLƏR PLANI hazırlanıb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az