RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



19 Iyun
2019
21:27
1956



Masallıda 38 min əhalinin istifadə etdiyi yolda yenidənqurma işləri bitir

Masallı rayonunda 16 kilometrlik Masallı-Köhnə Alvadı-Təzə Alvadı və Köhnə Alvadı-Güllütəpə-Yeni Zuvand-Əmirtürbə kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Xeberoxu.az-a verilən məlumata görə, sözügedən yollarda işlər texnloji ardıcıllığa riayət olunmaqla yüksək sürətlə aparılır. IV texniki dərəcəyə uyğun təkmilləşdirilən yolların eni 10 metrədək genişləndirilib. Buraya 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Hazırda avtomobil yolu asfaltlanma işləri görülür, yola ikiqat olmaqla yeni asfalt-beton örtük döşənir. Bu işlər yolun 100 min kvadratmetr sahəsini əhatə edir. Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə müxtəlif diametrlərə malik 11 suötürücü dəmir-beton borular tikilib, yolun 6-cı kilometrində yerləşən 46 poqonmetr uzunlyğunda olan avtomobil körpüsü təmir edilib.

Layihənin sonuncu mərhələsində yolboyu 15 yerdə avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 500 siqnal dirəyi, 150 yol nişanı və məlumatverici lövhə quraşdıırlacaq, üfüqi nişanlanma xətləri çəkiləcək. Bununla da sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq. Tikinti işlərinin yaxın müddət ərzində yekunlaşdırlması nəzərdə tutulub.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb







Tanınmış aparıcıya vəzifə verildi







Azərbaycanda vəzifəli şəxs postunu tərk etdi







Gürcüstan XİN: “Keşikçidağ”dakı insident Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az