Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





13 Apr
2019
23:45
453



Matviyenkonun Azərbaycana səfəri zamanı dediyi sözlər təhrif edilib -Video

Rusiyada Azərbaycan-Rusiya münasibətlərinin uğurlu inkişafı məmnunluqla izlənilir.

Xeberoxu.az bildirir ki,  Azərbaycan parlamentinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Haqqqın.az-a müsahibəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycana uğurlu səfərinin növbəti dəfə Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini və iki ölkənin möhkəmlənən strateji tərəfdaşlığını göstərdiyini bildirib.

Valentina Matviyenko səfər çərçivəsində prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşüb, Milli Məclisdə, ASAN xidmətdə və Gimnastika Federasiyasında olub. Özünün görüşləri və çıxışlarında rusiyalı qonaq Rusiya-Azərbaycan münasibətlərinin dirçəldilməsində Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin böyük rolunu xüsusi olaraq vurğulayıb.

Əli Hüseynli qeyd edib ki, Matviyenko Azərbaycanda rus dilinə və rus ədəbiyyatına bu cür hörmət göstərilməsindən, rus icmasının vəziyyətindən məmnunluq ifadə edib, həmçinin bildirib ki, Rusiyada Azərbaycan-Rusiya münasibətlərinin uğurlu inkişafı məmnunluqla izlənilir.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, bir sıra Rusiya KİV-ləri Valentina Matviyenkonun Prezident İlham Əliyevlə görüşündə səsləndirdiyi fikirlərdən bir neçəsini kontekstdən çıxararaq, xüsusilə bəyan ediblər ki, “Matviyenko Azərbaycan Prezidentinə “total imla” yazmağı təklif edib. Ona görə də bir neçə Azərbaycan KİV-ləri Rusiya KİV-lərinin xəbərlərinə istinad ediblər. Mən bu məsələyə aid olan çıxışın tam mətnini təqdim etmək istəyirəm.

“Universitetlər çərçivəsində elmi əməkdaşlığı da, rusiyalı tələbələrin Azərbaycanda və azərbaycanlı tələbələrin Rusiyada təhsil almasına yönəldilmiş gənclərin mübadiləsini son dərəcə mühüm hesab edirəm.

Biz hər il Azərbaycandan olan tələbələrə dövlət təqaüdü ayırırıq. 2018-ci ildə 205 təqaüd ayrılıb, lakin ümumilikdə Rusiyanın bütün universitetlərində müxtəlif formalarda 15 min azərbaycanlı tələbə təhsil alır.

Biz qəbulun həcmini artırmağa hazırıq. Bu istiqaməti olduqca mühüm hesab edirik.

Bilirəm ki, sizdə rus dili üzrə olimpiada da keçirilir. Mənə məlumdur ki, rus dili üzrə ümumi imla olub. Əgər növbəti dəfə Azərbaycan Prezidenti bu imlada iştirak edərsə, düşünürəm ki, hamı fəal şəkildə ona qatılacaq. Bu, bir növ simvolik aksiyadır, lakin çox mühümdür”.

Əli Hüseynli deyib ki, yuxarıda göstərilən çıxışın mətnindən də məlum olur ki, xanım Matviyenkonun İlham Əliyevlə görüşündə söylədiyi sözlər təhrif edilib.

Deputatın sözlərinə görə, rus dili üzrə “Total imla” rus dilinin bütün dünyada inkişafı üzrə ən populyar aksiyalardan biridir. Artıq üç ildir ki, Bakı Slavyan Universitetində də “Total imla” humanitar aksiyası keçirilir:

“Bütün dünyada keçirilən bu aksiyada adi vətəndaşlarla yanaşı, görkəmli ictimai və siyasi xadimlər də iştirak edirlər. Hətta bir sıra böyük dövlətlərin başçıları da bu aksiyada iştirak etməyə dəvət alırlar. Beləliklə, Valentina Matviyenko məhz İlham Əliyevi bu aksiyada iştirak etməyə dəvət edib və bu, birmənalı olaraq, dövlətimizin başçısına dərin ehtiramın təzahürüdür”.

 

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Azərbaycan və Rusiya prezidentləri Pekində görüşəcəklər







Suyunuz gəlməsə SMS alacaqsız-FOTO







Tahir İmanov arzusuna çatdı: Mərkəzi küçəyə babasının adı verildi







Xatirə İslam: Bura şou-biznesdir, hərdən soyunmaq lazımdır -VİDEO


Digər Gündəm xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az