Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
15:43
1524

20
Iyun
15:43




Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış portallar NETTY 2019 mükafatının qalibi olub

NETTY 2019 Azərbaycanın Milli internet mükafatının 15-ci mükafatlandırma mərasimi keçirilib.

Mədəniyyət Nazirliyindən Xeberoxu.az-a verilən məlumata görə, mərasimdə cari ildə müsabiqədə iştirak edən “Dövlət”, “Mədəniyyət və yaradıcılıq”, “İqtisadiyyat və biznes”, “Təhsil və elm”, “İnformasiya və xəbərlər”, “Elektron xidmətlər və ticarət” və s. nominasiyalar üzrə ən yaxşı internet resursları elan olunub.

Dövlət internet saytları üzrə nominasiyada Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” – www.intangible.az portalı qalib olub. Bundan əlavə, “Mədəniyyət və yaradıcılıq” nominasiyasında http://shekiculture.az saytı 1-ci yeri qazanıb. Bu istiqamət üzrə 2-ci yeri http://ismayilliculture.az saytı tutub.

Xatırladaq ki, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalının (www.intangible.az) təqdimatı 2018-ci ilin oktyabrında olmuşdu. Portal Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri, onların daşıyıcıları və təşkilatlar haqqında məlumatı, mədəniyyət sahəsində qəbul olunmuş milli və beynəlxalq sənədləri, qeyri-maddi irs sahəsində yenilikləri, UNESCO siyahısındakı Azərbaycan mədəni irs nümunələrini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair lazımi elmi ədəbiyyatı, foto və videomaterialları özündə ehtiva edir. Bundan əlavə, portalda Azərbaycanın şəhər və rayonları, həmin bölgələrə məxsus qeyri-maddi irs nümunələri haqqında məlumatlar da əksini tapıb.

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalının NETTY 2019 Azərbaycanın Milli internet mükafatına layiq görülməsini yüksək qiymətləndirərək bu layihənin mədəni irsimizin sistemli şəkildə qorunması və təbliği işinə töhfə olduğunu vurğulayıb. Nazir müavini diqqətə çatdırıb ki, reyestrin yaradılması ölkəmizdə UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiya”dan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində görülən işlərin nəticəsidir:

“Qloballaşan dünyada xalqların öz mədəni-mənəvi varlığını qoruması prioritet məsələdir. Azərbaycan xalqının zəngin mədəni irsi zaman-zaman müxtəlif qüvvələr tərəfindən mənimsənilməyə məruz qalıb. Bu baxımdan qeyri-maddi mədəni irs nümunələrimizin qorunması və təbliği dövlətimizin mədəniyyət siyasətində xüsusi yer tutur. Ölkəmiz UNESCO-nun müvafiq konvensiyasına qoşulub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə diqqət və qayğısı nəticəsində təşkilatın siyahılarına qeyri-maddi mədəni irsimizlə bağlı 13 nominasiya daxil edilib və bəşəriyyətin mirası olaraq qorunur. Son illər bu sahədə işlər daha geniş xarakter alıb. Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan www.intangible.az portalı da Azərbaycanın qeyri-maddi mədəni sərvətlərinə dair məlumatların bir arada toplandığı internet resurs olaraq xalqımızın zəngin mədəni irs yaddaşının qorunmasına, yaşadılmasına xidmət edir”.

Qeyd edək ki, 2004-cü ildə təsis edilən NETTY informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. Hər il bu müsabiqədə ən yaxşı internet layihələri, əhəmiyyətli veb-resurslar və informasiya texnologiyaları sahəsində peşəkarlar müəyyən edilir və mükafatlandırılır. Müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi, “Nar” şirkətinin əsas tərəfdaşlığı keçirilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!







Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO







Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı (YENİLƏNİB)







İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az