# EVDƏQAL
# EVDƏQAL



20 May
2020
00:38
1951

20
May
00:38



Mədəniyyət Nazirliyində videokonfrans keçirilib

Mayın 19-da Mədəniyyət Nazirliyində nazirliyin aparat işçilərinin, regional mədəniyyət idarələrinin rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib.

XeberOxu.Az-ın məlumatına görə, konfransda son günlər Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxslərinin saxlanılması, müvafiq orqanlar tərəfindən istintaq araşdırmalarının aparılması, bir sıra cinayət tərkibli faktların üzə çıxarılması müzakirə edilib.

Vurğulanıb ki, bu istiqamətdə müvafiq orqanlar tərəfindən araşdırmalar davam etdirilir və bütün təqsirkar şəxslər ciddi məsuliyyətə cəlb olunaraq qanun qarşısında cavab verəcəklər.

Videokonfransda, həmçinin mədəniyyət müəssisələrinin fəaliyyətinin təmin olunması istiqamətində bir sıra vacib məqamlar diqqətə çatdırılıb, karantin rejiminin qismən yumşaldılması haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, mayın 18-dən etibarən muzeylər, sərgi salonları və qalereyaların fəaliyyətinin bərpa edilməsi ilə bağlı lazımi işlərin görülməsinin zəruriliyi qeyd edilib. Bu məkanlarda dezinfeksiya tədbirlərinin davam etdirilməsi, ziyarətçilərin tibbi maskalardan istifadə etmələrinə diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Hələlik fəaliyyəti bərpa olunmayan mədəniyyət müəssislərinin öz işlərinə sosial təcrid rejimi şərtlərinə uyğun davam etməsi, nazirlik tərəfindən elan olunmuş müsabiqələrin yekunları ilə bağlı müvafiq işlərin görülməsi tövsiyə olunub.

Videokonfransda təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın təmin olunması məsələsi xüsusilə qeyd edilib. İştirakçıların nəzərinə çatdırılıb ki, şagirdlərin musiqi və incəsənət məktəblərinə qəbulunun yalnız elektron qaydada həyata keçirilməsi təmin edilməlidir.

Beynəlxalq səviyyədə ölkəmizin mədəniyyətinin təbliği istiqamətində həyata keçirilən işlərin layiqincə davam etdirilməsinin vacibliyi vurğulanıb, Mədəniyyət Nazirliyinin fəaliyyətinin yeni qəbul edilmiş iş planına uyğun olaraq həyata keçirilməsi barədə tapşırıqlar verilib. Bildirilib ki, vəzifələr məsuliyyətlə yerinə yetirilməli və mədəniyyət sahəsində çalışan hər bir şəxs baş verənlərdən nəticə çıxarmalıdır.

Videokonfransın sonunda nazirliyin müvafiq struktur və idarə rəhbərlərinə nöqsanların aradan qaldırılması və neqativ hallara yol verilməməsi barədə ciddi tapşırıqlar verilib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.