Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
02:30
1410

02
Iyul
02:30



Mədəniyyət naziri UNESKO İcraiyyə Şurasının sədri ilə görüşüb

Dünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, mədəniyyət naziri Əbülfəs Qarayev UNESCO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li ilə görüşüb.

Mədəniyyət Nazirliyindən XeberOxu.az-a verilən məlumata görə, qonağa ölkəmizdə keçirilən beynəlxalq tədbirdə fəal iştirak etdiklərinə görə təşəkkür edən Əbülfəs Qarayev Azərbaycanın zəngin mədəni irsi haqqında məlumat verdi. Bildirdi ki, mədəni sərvətlərimizin qorunması və bərpası ölkə başçısının diqqət mərkəzindədir və bu istiqamətdə dövlət səviyyəsində fəal iş aparılır. Həmçinin bu sahədə beynəlxalq əməkdaşlığa da böyük önəm veririk.

Nazir həmçinin qədim Qəbələ şəhərinin öyrənilməsi məqsədilə koreyalı mütəxəssislərlə birgə tədqiqat işlərinin həyata keçirildiyi diqqətə çatdırdı. UNESKO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li ölkəmizin bu mötəbər tədbirə yüksək səviyyədə hazırlaşdığını dedi, buna görə Azərbaycan hökumətinə öz minnətdarlığını ifadə etdi: “Azərbaycanı dünyada daha çox neft və qaz ölkəsi kimi tanısalar da, ölkəniz həm də zəngin mədəni irsə sahib imiş. Biz burada olduğumuz müddətdə bu zənginliyin əyani şahidi olduq”.

Qonaq Azərbaycanın dünyada mədəni irsin qorunması üçün göstərdiyi səyləri yüksək də qiymətləndirdi.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az