Haqqımızda Reklam Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








05 Dek
2018
13:08
198



Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan xalqının qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilir.

İdarədən XeberOxu.Az-a verilən məlumata görə, təhsil müəssisələrində “Mehdi Hüseynzadə və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda konfrans, mühazirə, disput və “Dəyirmi masa”lar təşkil edilir. Eləcə də təhsil müəssisələrində unudulmaz qəhrəmana aid fotostendlər, bülletenlər hazırlanır, “Mehdi Hüseynzadə-100” adlı guşələr yaradılır, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunur. Bundan əlavə, məktəblilər arasında Azərbaycan xalqının igid oğlu Mehdi Hüseynzadəyə həsr olunmuş “Qəhrəmanlar ölmürlər” mövzusunda inşa yazı müsabiqəsi, “Qəhrəmanlarımızı tanıyaq, tanıdaq” mövzusunda bilik yarışları keçirilir.

Həmçinin, təhsil müəssisələrində Mehdi Hüseynzadənin keçdiyi şərəfli ömür yolunu və qəhrəmanlığını əks etdirən “Uzaq sahillərdə” və “Təxəllüsü Mixaylo” filmləri nümayiş olunur.

Tədbirlərdə qəhrəmanın həyat yolu haqqında ətraflı məlumatlar verilir, onun şərəfli həyat yolunun bu gün Vətənimizin sərhədlərini qoruyan gənclər üçün əsil nümunə olduğu bildirilir. Mehdi Hüseynzadənin faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazandığı şagirdlərin diqqətinə çatdırılır.

Tədbirlərdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirir, şeirlər söyləyir, mahnılar oxuyurlar.

Həmçinin paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Mehdi Hüseynzadə adına Novxanı 1 nömrəli tam orta məktəbdə yerləşən Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyaları da təşkil edilir.


Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Mədəniyyət xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]