# EVDƏQAL
# EVDƏQAL



13 Mart
2020
10:09
1067

13
Mart
10:09



Məhkəmə iki Pakistan vətəndaşının ABŞ-a ekstradisiyası barədə qərar verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və oğurluqda təqsirləndirilən Pakistan vətəndaşları - Asif Muhammad Anjum və Khani Shah Navazın işi üzrə məhkəmə prosesi keçirilib.

Xeberoxu.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin həmin şəxslərin ekstradisiyası ilə bağlı verdiyi təqdimata baxılıb.

Məhkəmənini qərarı ilə təqdimat təmin edilib və hər iki şəxsin ABŞ-a təhvil verilməsi barədə qərar çıxarılıb.

Qeyd edək ki, Pakistan vətəndaşları haqqında ABŞ-ın Nyu York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər.

ABŞ tərəfindən beynəlxalq axtarışa verilən 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navaz bir neçə ay əvvəl Azərbaycanda saxlanılıblar.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət







Ağcabədidə yük avtomobili yandı







Bakıda bahalı it oğurlandı







Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb


Digər Kriminal xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.