23 Fev 2021
13:56
![]() |
23
Fev 13:56
![]() Məhkəmədə təqsirləndirilən şəxslər ülgüclə özlərini doğradılar Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslər ülgüclə özlərinə xəsarət yetiriblər. Məhkəmədən “Report”a bildirilib ki, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə terrorçuluq və terror təşkilatlarını maliyyələşdirməkdə təqsirləndirilən Samir Qurbanov, Əflatun Bayramov, Amin Həsənov və Ələddin İbişov ülgüclə qol damarlarını doğrayıblar. Daha sonra hakim zaldan çıxıb və Penitensiar Xidmətin əməkdaşları təqsirləndirilən şəxsləri sakitləşdirməyə müvəffəq olublar. Onlar təqsirləndirilən şəxsləri tibbi hissəyə çatdırıblar. Bildirilib ki, təqsirləndirilən şəxslərin özünə xəsarət yetirməsi nəticəsində ölüm halı baş verməyib. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 11 nəfər dəstə üzvləri terrorçuluq və İŞİD-ə maliyyə göndərməkdə təqsirləndirilirlər. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar -Video
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb -VİDEO
Bərdədə avtomobil və heyvan oğruları saxlanılıb
Bakının məkəzində dörd naməlum şəxs oğlan və qızı döydü
|