XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



04 May
2021
02:56
522
04
May
02:56



Meksika mətbuatında Ermənistanın hərbi cinayətləri haqda məlumat verilib

Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində səfir Məmməd Talıbovun “Sülhə gedən yol dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmətdən keçir” başlıqlı məqaləsi dərc edilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, qəzetdə Ermənistan səfirinin Azərbaycanın guya erməni hərbi əsirlərini qaytarmaqdan imtina etdiyi haqda yazısına cavab olaraq hazırlanmış məqalədə ilk olaraq, həmin yazıda istinad edilmiş qondarma qurumun Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı beynəlxalq qaydada tanınmış Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni rejim olduğu, 10 noyabr tarixli üçtərəfli bəyanatı imzalamaqla Ermənistan baş nazirinin işğal faktını qəbul etmiş olduğu və erməni səfirin dünyanın heç bir ölkəsi, o cümlədən təmsil etdiyi ölkə tərəfindən tanınmamış qondarma rejim haqda danışaraq Meksika auditoriyasını yanıltmağa çalışdığı bildirilir.

Azərbaycanın 10 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatların tələblərinə tam olaraq əməl etdiyi, erməni tərəfinin iddialarının əksinə olaraq “hamının hamıya” prinsipi əsasında bütün hərbi əsirləri qarşı tərəflə dəyişərək 69 nəfər erməni hərbi əsirini qaytardığı və 15 nəfər azərbaycanlı hərbçini geri aldığı məlumat verilir. Hazırda Azərbaycan tərəfində saxlanılan şəxslərin hərbi əməliyyatların başa çatması və 10 noyabr bəyanatının imzalanmasından sonra Ermənistanın Şirak vilayətindən Azərbaycan ərazisinə keçərək 4 nəfər hərbçi və 1 mülki vətəndaşımızın ölümü ilə nəticələnən terror aktları törətmiş şəxslər olduğu və onların Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edildikləri bildirilir.

1991-94-cü illərdə Ermənistanın işğal zamanı mülki insanlarımıza qarşı xüsusi amansızlıq nümayiş etdirdiyi, əsir götürdüyü 4 min nəfər mülki vətəndaşımızın taleyinin bu günədək naməlum olduğu və Xocalıda törətdiyi soyqırımının onilliklərlə davam edən erməni təcavüzü ərzində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş ən amansız qətliamlardan biri olduğu qeyd edilir. Erməni vəhşiliyinin ən yeni sübutlarından birinin də Kəlbəcər rayonunun Başlıbel kəndində qətlə yetirilmiş 12 nəfər soydaşımızın cəsəd qalıqlarının aşkarlanması olduğu deyilir.

Ermənistanın 30 ildir evlərinə qayıda bilməyən 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün bu gün də geri dönüşünə ciddi maneələr yaratdığı, işğaldan azad edilmiş ərazilərimizdə bu müddət ərzində bütün yaşayış infrastrukturunu məhv etdiyi və burada kütləvi minalama apardığı, bu minaların partlaması səbəbindən 10 noyabr bəyanatından bu günədək aralarında mülkü şəxslər də olmaqla 20 nəfər vətəndaşımızın həlak olduğu, 85 nəfərinsə ağır yaralandığı və Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritəsini verməkdən imtina etdiyi söylənilir. Qeyd edilir ki, hazırda bütün dünya azad olunmuş ərazilərimizdəki erməni vandalizminə, şəhər və qəsəbələrimizin Ermənistan tərəfindən tamamilə dağıdıldığına və ölkəmizə aid tarixi-mədəni irsin məhvinə cəhd edildiyinə şahid olmaqdadır.

Sonda sülhə gedən yolun dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmətdən keçdiyi, bu səbəbdən Ermənistanın qonşularına qarşı təcavüzkar siyasəti və ərazi iddialarından əl çəkməli, öz xalqını barışığa hazırlamalı və əməkdaşlıq ruhunda yaşamağı öyrənməli olduğu bildirilir.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Ötən gün yol qəzalarında üç nəfər ölüb








Balakəndə at qəzaya səbəb oldu - VİDEO








Əmioğlular ərzaq mağazasından qızıl oğurladılar- FOTO








Prospektdə qəza olub, sıxlıq var -FOTO


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.