14 Fev
2020
12:10
616

14
Fev
12:10



Məktəblərdə Təhlükəsiz İnternet Günü ilə əlaqədar açıq dərslər keçirilib

Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü (International Safer Internet Day) ənənəvi olaraq hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamı günündə təşkil edilir.

Xeberoxu.az-ın məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Təhsil Nazirliyi ilə birgə Bakı, Gəncə, Mingəçevir, Bərdə, Şamaxı, Lənkəran, Qəbələ də daxil olmaqla ölkənin 70 ümumtəhsil məktəbində informatika müəllimləri tərəfindən Beynəlxalq Təhlükəsiz İnternet Günündə internetdən təhlükəsiz istifadə üzrə “açıq dərs”lərin keçirilməsini təşkil edib.

Açıq dərslər əsasən 6-11-ci siniflərdə təşkil edilib, həmçinin bir sıra məktəblərdə sinif rəhbərləri, məktəb psixoloqları və valideynlər də prosesə cəlb olunub. Açıq dərs müddətində informatika müəllimləri tərəfindən şagirdlərə internetdən istifadə zamanı üzləşə biləcəkləri kibertəhlükələr və bu təhlükələrdən müdafiə üsulları barədə xüsusi təqdimat nümayiş etdirilib və Təhlükəsiz İnternet Günü ilə əlaqədar hazırlanmış tapşırıqlar yerinə yetirilməsi üçün şagirdlərə təqdim edilib. Şagirdlər tərəfindən təhlükəsiz internet mövzusunda maraqlı posterlər hazırlanaraq nümayiş olunub.

Qeyd edək ki, açıq dərslər 17 yanvar 2020-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi ilə birgə təşkil edilən “Təhlükəsiz internet” təlimlərində iştirak edən müəllimlər tərəfindən keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən kibertəhlükəsizlik və internet idarəçiliyi sahəsində maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə 2010-cu ildən Təhlükəsiz İnternet Günü ilə bağlı aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin nümayəndələrinin məruzəçi və dinləyici qismində iştirakı, habelə gənclər və uşaqların aktiv şəkildə cəlb edilməsi ilə maarifləndirici tədbirlər keçirilməkdədir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.