AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



13 Iyun
2019
05:00
207



Məktəblərə psixoloqlar hansı qaydalarla götürülür?

“Müvafiq ixtisas sənədi olmayan şəxsin məktəbdə işləməsi mümkün deyil və belə hal yoxdur”.

XeberOxu.Az xəbər verir ki, bunu Bakı Şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev “Real TV”nin suallarını cavablandırarkən deyib. Tağıyev “Məktəblərə psixoloqlar hansı formada işə götürülür” sualına belə cavab verib:

“Son 5 ildə baza təhsili psixologiya olan şəxsləri müsabiqəyə buraxırıq və bunun yüksək nəticələri olur. Ötən il də bu il aşağı keçid balı ən yüksək psixoloqların keçid balı idi. Nəzəri  baxımdan yüksək bilikləri olub. Məktəb mühitinin yaxşılaşdırılması istiqamətində Bakı Şəhər Təhsil İdarəsi tərəfindən məktəblərdə seminarlar, müşavirələr, təlimlər təşkil olunub. Hər rayon üzrə ayrı-ayrılıqda keçirilən məktəb seminarlarında 5 mindən artıq şəxs iştirak edib ki, onların arasında məktəb direktorları da, psixoloqlar da, valideynlər və müəllimlər də olub. Məktəbdəki problemli situasiyalar müzakirə edilib, tövsiyələr verilib. Daim bu istiqamət nəzarətdədir”.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib







Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi







Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin baş katibi seçilib







Minimum aylıq əməkhaqqı artırıldı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az