Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Iyun
2019
02:30
1194

05
Iyun
02:30



Məktəblilər arasında “Əməyin gələcəyi” mövzusunda inşa müsabiqəsi keçirilib

Bu il Beynəlxalq Əmək Təşkilatının (BƏT) 100 illiyinin qeyd olunması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tədbirlər Planına əsasən, məktəblilər arasında “Əməyin gələcəyi” mövzusunda inşa müsabiqəsi keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, inşa müsabiqəsinin mövzusu BƏT-in “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq müəyyən edilib.

Müsabiqədə Bakının Binəqədi rayonundakı Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseyin və Səbail rayonundakı Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbin yuxarı siniflərinin 70-dək şagirdi könüllülük prinsipi əsasında iştirak edib.

Məqsəd yaxın gələcəkdə əmək bazarına daxil olmağa hazırlaşan gənclərin diqqətinin əmək sahəsinə yönəldilməsi, onların əmək bazarında gedən proseslər, gələcək karyeraları, hansı peşələrə, ixtisaslara yiyələnmək istəkləri və s. barədə düşüncələrini bölüşmələridir. Müsabiqədən əvvəl iştirakçılarla əmək bazarında mövcud meyllər, iqtisadiyyatda innovativ yanaşmaların, müasir texnologiyaların tətbiqinin getdikcə genişlənməsi, habelə qeyri-neft sektorunun inkişafı şəraitində əmək bazarında peşə və ixtisaslara olan tələblərlə bağlı söhbət aparılıb.

Artıq iştirakçılar tərəfindən inşalar yazılaraq təqdim edilib. Seçilmiş münsiflər tərəfindən hazırda inşaların qiymətləndirilməsi işləri aparılır. Müsabiqənin qalibləri müəyyən edilərək diplom və hədiyyələrlə təltif olunacaqlar.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az