Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Sen
2019
22:53
834

18
Sen
22:53



Məktəblilər avtobus və metrodan pulsuz istifadə etməlidir - Millət vəkilindən AÇIQLAMA
Milli Məclisin üzvü Fazil Mustafa ictimai nəqliyyatda məktəblilərdən gediş haqqı tələb olunması ilə bağlı hadisəyə sərt reaksiya verib.
Xeberoxu.Az xəbər verir ki, deputat məsələ ilə bağlı bunları yazıb: “Bu gün acınacaqlı, ağır və bəlkə də bağışlanması çətin olan bir hadisə baş verib. “BakuBus” sürücüsü ana və onunla birlikdə olan 3 övladından gedişhaqqı tələb edib, əks halda, avtobusu sürməyəcəyini deyib.
Doğrudur, hüquq baxımından sürücü haqlıdır, çünki 5 yaşdan yuxarı uşaqların nəqliyyat xərcinin ödənilməsi Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşib. Ancaq düşünün, həmin ana ödəniş imkanı olmadığına görə sürücünün israrı ilə üç övladını avtobusdan düşürüb və evə dönüb. Demək ki, 3 Azərbaycan övladı imkansızlığa görə məktəbə gedə bilməyib. Burada çıxış yolu nədir? Nazirlər Kabineti bu qərarı mütləq dəyişməlidir. 
Məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmamalıdır. Hökumət bunun kompensasiya yolunu tapa bilər. Əsas hədəfimiz məktəbdən kənarda heç bir uşağın qalmamasıdır. Bakı Nəqliyyat Agentliyi və “Metropoliten” həftəiçi məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır. Uşaq pul qazanmırsa, valideynin də nəqliyyat üçün ödəməyə pulu yoxdursa, uşaq oxumamalıdır?”
Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO







Bu qəsəbədə su olmayacaq







Gecə Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər







Psixoloqlar diaqnostik qiymətləndirilmədən keçəcək - Dekabrda


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az