XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



06 Sen
2022
22:38
3395
06
Sen
22:38



Məmmədbağır Bağırzadənin niyə dilini kəsməklə hədələyiblər?

Mərhum müğənni, Xalq artisti Məmmədbağır Bağırzadənin Bakı kəndlərinin birində başına gəlmiş maraqlı hadisə uzun zaman sonra yenidən diqqət mərkəzinə gəlib.

Xeberoxu.Az xəbər verir ki, “lent.az” sözügedən əhvalatı dərc edib.

Belə ki, Məmmədbağır Bağırzadə Bakı kəndlərində toylara ən çox dəvət alan müğənnilərdən idi. Bir gün müğənni Maştağada toy aparırmış. O vaxtkı ənənələrə görə, kimsə gəlib müğənniyə şabaş verəndə, müğənni onun şərəfinə bir qəzəl deməli, tərif etməliymiş.

Toyun qonaqlarından bir kişi yaxınlaşıb, mahnı sifariş verir, rəqs edir, hər kəs əl çalır. Sonra Məmmədbağır Bağırzadəyə yaxınlaşıb qəzəl sifariş edir. Məmmədbağır da toylarda hər zaman oxuduğu qəzəli oxuyur:

Bayquş ki, sevib dəhrdə viranəni hər an

İnsanə bu şənlik, belə toyxanə gərəkdir...

Elə bu bəndi deyər-deməz həmin adam rəqsi dayandırıb, cumur Məmmədbağırın üstünə:

- “Sənin dilini kəsərəm, sən kimnən danışdığını bilirsən?”

Məclis adamları onu qucaqlayıb mağardan çölə çıxarırlar. Mağardan çöldə dava gedir, hamı dava salanı döysə də, o da müğənnini öldürməklə hədələyir. Nə isə, onu bir təhər sakitləşdirib yola salırlar. Bir nəfər Məmmədbağıra yaxınlaşıb soruşur ki, sən niyə belə elədin, niyə ona sataşdın? Müğənni də təəccüblənir:

- Axı mən nə elədim, qəzəl istədi, qəzəl dedim də.

- Ay kişi, deməyə qəzəl tapmadın? Bu adamı hər kəs “Bayquş” deyə çağırır, o isə bundan çox qəzəblənir. Sənin bu cür oxumağındən bərk inciyib. Elə bilib, qəsdən sataşırsan, kimsə öyrədib səni.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Mədəniyyət xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.